adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Avqust 2018 11:28
15130
KRİMİNAL
A- A+

Neftçalada evdən 20 minlik qızıl oğurlanıb

Neftçala rayonunda evdən oğurluq edilib.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Xolqaraqaşlı kənd sakini Nuruş Əmənov və Salyan rayon sakini Murad Ələkbərov saxlanılıblar.