adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Avqust 2018 11:23
6003
HADİSƏ
A- A+

Salyanda iki avtomobil toqquşdu, ölən var

Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakinləri İlham Baxşıyevin idarə etdiyi "VAZ-2107” və Vasif İsmayılovun idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş İ.Baxşıyev ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.