adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Avqust 2018 00:11
7325
GÜNDƏM
A- A+

KÜRDƏMİR: İNKİŞAFIN VƏ MÜASİRLƏŞMƏNİN YENİ DÖVRÜ

(əvvəli ötən saylarımızda)

6 ay ərzində 58387 baş iri buynuzlu, 133326 baş xırda buynuzlu heyvanlarda, 1126 baş atlarda qarayara, 60295 baş iri buynuzlu heyvanlarda, 82572 baş xırda buynuzlu heyvanlarda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır. 7140 obyekt, 197990 m? ərazi dezinfeksiya olunmuşdur.Rayondakı "Kürdəmir Broyler" ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 9308 başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. Yarımillikdə 599 min ədəd yumurta istehsal olunmuşdur.
Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 2018-ci ilin 6 ayı ərzində 35/10 kv-luq Pirili yarımstansiyasında yağ açarları cari təmir edilmiş, 11 ədəd transformatorda cari təmir işləri aparılmışdır.
Kürdəmir şəhəri ərazisində, Atakişili, Sor-Sor, Muradxan, Şilyan kəndlərində 30500 metr açıq naqillər SİP kabellə əvəz olunmuş, 1050 abonentin sayğacları həyətyanı sahələrdən çıxarılaraq müasir tipli sayğaclarla əvəz edilmiş, 1100 ədəd yararsız ağac dayaqlar dəmir və dəmir-beton dayaqlarla əvəz olunmuşdur.
Hazırda şəhər ərazisində, Atakişili, Sor-Sor, Muradxan və Şilyan kəndlərində yenidənqurma işləri davam etdirilir. Dövlət Proqramına uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2018-ci ilin 6 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmişdir.2018-ci ilin birinci yarımilliyində xidmət sahəsinin müxtəlif yerlərində olan qaz sızmaları vaxtında aradan qaldırılaraq qaz itkilərinin qarşısı alınmışdır.6 ayda rayonda müxtəlif diametrli 1602 p/m qaz xətti yenisi ilə əvəz edilmiş, xidmət sahəsində olan 176 ədəd qaz tənzimləyicilərinə və siyirtmələrə hər ay texniki xidmət göstərilmişdir.
Rayonun Atakişili kəndinin yeni salınmış massivində yaşayan 2200 abonentin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 5500 metr uzunluğunda yeni qaz xəttinin çəkilişi işləri davam etdirilir.
Rayonun qazlaşdırılan Mollakənd və Muradxan kəndlərində tikinti-quraşdırma və tamamlama işləri başa çatmaq üzrədir.
Qarasu kəndində və Qarabucaq qəsəbəsində qaz xətlərinin çəkilişi hazırda davam edir.Hesabat dövrü ərzində Kürdəmir şəhər əhalisinə içməli su təchizatı və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2018-ci ilin 6 ayı ərzində şəhərə gələn mərkəzi su xəttində siyirtmələr yenisi ilə əvəz olunmuş, xətt boyunca təmir işləri görülmüşdür.
Şəhərin Heydər Əliyev prospektində, Xırdapay, Atakişili kəndlərində, Cənub və 69-cu məhəllələrində su xətləri təmir edilərək su axıntısının qarşısı alınmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2018-ci ilin 6 ayı ərzində rayonda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çərtəyəz kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmiş, rayonun Bağman, Öyləqulu və Təklə kəndlərində hər biri 80 şagird yerlik modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulmuş, məktəblərin tikintisinə torpaq sahələrinin ayrılması sənədləri hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2018-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin İ.Məmmədov küçəsində yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 2036 m2 dam örtüyü dəyişdirilmiş, 800 m2 sahədə daxili, 2198 m2 sahədə isə xaici divar səthləri suvanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə Kürdəmir rayonunda "Xalça istehsalı emalatxanası"nın tikintisi planlaşdırılmış, torpaqayırma sənədləri hazırlanaraq təsdiq edilmiş, hər iki layihə üzrə tikinti işlərinə başlanılmışdır.
ASAN xidmət" mərkəzində restoran, yüməkxana, çay evi tikililərinin beton bünövrələri tökülmüş, TIR avtomobiləri üçün dayanacaq sahəsi çınqıl qarışığı verilməklə kipləşdirilmişdir.
"Xalça istehsalı emalatxanası"nın zirzəmi hissəsinin tikintisi başa çatdırılmış, əsas binanın dəmir beton monolit kalon, riger və örtük tavası tökülmüşdür."Azpetrol" yanacaq doldurma məntəqəsində 200 m3 yanğından mühafizə su anbarı, 100 m3 içməli su anbarı tikilmiş, nasosxanaları qurulmuş, yanacaq çənləri üçün yeraltı çən parkı tikilmiş, ərazinin drenaj xətləri çəkilmiş və quyuları qoyulmuş, motel binasının bünövrə özülü tökülmüş, zirzəmi hissəsinin tikintisinə başlanılmışdır.
Ərazinin 80 faizindən çox hissəsi çınqıl materialı ilə doldurularaq kipləşdirilmişdir.
Müşavirədə ölkə rəhbəri bu ilki plana görə 2000 km yeni avtomobil yolunun salınacağını və minimum 600 kəndin yeni yollarla təmin ediləcəyini bildirdi.
Bunun bariz nümunəsi olaraq Azərbaycan Respublikası Prezidentinin yerli əhəmiyyətli kənd yollarının əsaslı təmiri və yenidən qurulmasına dair sərəncamı ilə əlaqədar rayonun Karrar-Bağman-Böyük Kəngərli və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarında yol yatağının torpaq işləri tamamilə qurtarmış, əsasın 20 sm qalınlıqda 270000 m2 alt layı və 12 sm qalınlıqda 121400 m2 sahədə əsasın üst layına karxana çınqılı tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirilmiş, hazırda işlər davam etdirilir.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət məsələləri barədə və hüquq mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə tədbirlərindən də danışılmış, qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.