adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Avqust 2018 00:09
7055
GÜNDƏM
A- A+

Naxçıvan Muxtar Respublikası dinamik və dayanıqlı inkişaf yolundadır

"Azərbaycanın qədim zəngin tarixi, mədəniyyəti və çox əsrli dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb inkişaf yolu keçmişdir. Orta əsrlərdə gərgin işi elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhvələr vermişdir. Naxçıvanların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvanda quruculuq prosesi gedir".

Heydər Əliyev

Əminliklə söyləyə bilərik ki, bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkəmizin əsas göstəricisidir. Bu barədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Ölkəmiz bütün sahələrdə böyük uğura imza atmışdır. Bütün beynəlxalq mötəbər qurumların reytinqində Azərbaycan qabaqcıl yerdədir. Bu gün inkişaf parametrlərinə və vətəndaşlar həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir".
Qeyd etməliyik ki, bu möhtəşəm uğurların arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin və yorulmaz fəaliyyəti xalq-iqtidar birliyi dayanır. Regionların sosial-iqtisadi inkişafı ilə bağli mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib. Naxçıvan Muxtar Respublikası bütün parametrləri üzrə diqqəti cəlb edir. Naxçıvan diyarı həmişə ölkəmiz üçün strateji əhəmiyyətli bir bölgə olub.
Ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Bəlkə də bu mənada müdrik insan, unudulmaz dahi rəhbər, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi diqqət və qayğı göstərib.
Bununla belə, ötən əsrin 80-ci illərin ikinci yarısından başlanan siyasi hadisələr Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbələr vurdu.
Muxtar respublikada ümumi məhsulun həcmi 1990-ci ildə 1985-ci illə müqayisədə 92,6 faiz olmuşdu. Ermənistan tərəfindən nəqliyyat və iqtisadi blokadaya alınması Naxçıvan iqtisadiyyatına ağır zərbə vurdu. Azərbaycan dəmir yolunun Qarçevan-Mehri hissəsinin işləməməsi, avtomobil yollarının bağlanması, Bakı və Azərbaycan rayonları, eləcə də ittifaq respublikaları ilə əlaqələrin kəsilməsinə idarə, müəssisə, tikinti təşkilatlarının fəalliyyətinin dayanmasına səbəb olmuşdu. 1989-cu ilin birinci yarsında tək istehsal müəssisələri 1,1 milyon rubl az məhsul istehsal etmiş, tikinti təşkilatları 1,5 milyon rubl dəyərində məhsul ala bilmişdi.
Dəmir yolu nəqliyyatında vəziyyətin gərginləşməsi Naxçıvan MSSR-in iqtisadiyyatına ağır zərbə vurmaqla yanaşı, əhalinin mənəvi-psixoloji vəziyyətinə təsir edir, onsuz da ağır olan ictimai-siyasi vəziyyətin daha da ağırlaşmasına səbəb olurdu.
Xalqımızın yenilməz oğlu, Ulu öndər Heydər Əliyev 1990-ci il iyulun 22-də Naxçıvana gəlməsi ilə xalqı yaşamaq və Naxçıvanı xilas etmək ümidlərini artırdı. Naxçıvanlılar ümummilli lider Heydər Əliyevin gəlişini çox böyük sevinc və coşqu ilə qarşıladılar. Qüdrətli dövlət xadimi Heydər Əliyev Naxçıvana qayıdışı ilə muxtar respublikanı və bütün Azərbaycanı real təhlükədən xilas etdi.
Ümümilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, o illərdə, xüsusən 1990-1991-ci illərdə Naxçıvanda xalq hərəkatı çox güclü idi. Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi.
"Naxçıvanın müstəqilliyi, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan çox ciddi addımlar atır və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində öz xidmətlərini göstərirdi". Həmin illərdə Heydər Əliyevin Naxçıvanda xalqın mübarizəsini azadlığa, müstəqillik qazanmasına, dövlətçilik ənənələrinin bərpa, inkişaf etdirilməsinə yönəldilən fəaliyyəti olduqca mühüm rol oynamışdır.
Heydər Əliyevin tam yekdilliklə Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarına üzv seçilməsi müstəqillik tariximizə doğru daha bir uğurlu addım atıldı. Naxçıvan MSSR Ali sovetin ilk sessiyasına Ulu öndərin sədrlik etməsi bir sıra tarixi qərarların qəbul ediləsi ilə nəticələndi. Ali Sovetin 1990-cı il noyabrın 17-21-dəki sessiyasının qəbul etdiyi siyasi əhəmiyyətli qərarları müstəqililk tariximizə qızıl hərflərlə yazıldı. Naxçıvan MSSR Ali sovetin birinci sessiyası "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında, Naxçıvan Muxtar respublikasının dövlət rəmzləri haqqında", 1990-cı ilin yanvar ayındakı Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" və başqa məsələlərlə bağlı tarixi qərarlər qəbul etdi. Sessiyada Naxçıvan MSSR adından "Sovet", "Sossialist" sözlərinin çıxarılması, Azərbaycan xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi ilə demokratik dəyişikliklər həyata keçirilirdi. Sovet Birliyinin yaşadığı bir dövrdə muxtar respublika Ali Sovetinin sessiyasına belə qərarların qəbul edilməsi böyük cəsarət və uzaqgörənlik tələb edirdi.
Ulu öndər Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məcəlləsinin sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyası əhəmiyyətə malik olan tarixi hadisə idi.
Böyuk dövlət xadimi Heydər Əliyev Ali Məclisin sədri olduqdan sonra Naxçıvan MR Azərbaycanın ictimai-siyasi həyatında mühüm və əhəmiyyətli rol oynamağa başladı. Muxtar respublikada həyata keçirilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda məqsədyönlü fəaliyyət sahələri idi.
Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsiziliyinin təmin edilməsinə, əhalinin ərzaqla təmin edilməsinə, sosial vəziyyətin yaxşılaşmasına, iqtisadi islahatların həyata keçirilməsinə, Naxçıvanda rus qoşunlarının çıxarılmasına, yaradılmasına, qanunsuz silah dəstələrinin ləğv edilməsinə, Naxçıvanın muxtariyyət statusunin ləvğinə çalışan quvvələrin qarşısının alınmasına və digər vacib məsələnin həll edilməsinə yönəlmişdir. Qarşıya qoyulan bütün məsələlər Heydər Əliyevin uzaqgörənliyi, casərət və qətiyyəti sayəsində həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi. Ölkə prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı xilas etdi.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı reallığa çevriləndə o, 1990-1992-ci illərdə düşmən təcavüzündən və fəlakətlər girdabından xilas etdiyi Naxçıvanı özünün dövlətçilik məktəbinin yeni nəsil nümayəndəsinə etibar etdi.
1995-ci ilin son ayında Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Milli Məclisinin sədri seçilməsi ilə Naxçıvanda yeni siyasi şərait yarandı, gələcək uğurlu ınkişafın əsası qoyuldu və qısa zamanda bu öz nəticələrini verməyə başladı.
Çünki Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının bütün problerini aydın görür və onun həlli yollarını bilirdi. Qısa müddət ərzində muxtar respublikanın bütün sahələrində əsl canlanma müşahidə olunmağa başlandı.
Quruculuq və abadlıq işləri geniş vüsət aldı. Həm paytaxtın, həm də bütövlükdə muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edildi.
Muxtar respublika sənayesinin əsas hissəsini təşkil edən emal sənayəsində çörəkbişirmə, şəkər, su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş sement, gips lövhələr, ahəng məsaməli beton, karbon qazı, metaləritmə və onlarca digər istehsal sahələri yaradılmışdır.
Mövcud resurslardan səmərəli istifadə etməklə əsas məqsəd proqramlarının uğurlu icrası yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatlı təyinatlı yüzlərlə istehsal və xidmət sahəsinin təşkilinə şərait yaratmışdır.
2010-cu ildə muxtar respublikada ilk dəfə olaraq minik avtomobillərinin istehsalını həyata keçirən "Naxçıvan Avtomobil Zavodu" MMC fəaliyyətə başlamışdır. İllik istehsal gücü 5000 min ədəd avtomobil olan zavodda 12 modeldə avtomobil istehsal olunur. Daha 2 modeldə avtomobil buxarlanmasına hazırlıq işləri görülür.
Fəaliyyətə başladığı dövrdən 1 yanvar 2016-cı il tarıxədək 4598 avtomobil istehsal olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi ilə əlaqədar sənaye müəssisələrinin yaradılmasına və inkişafına xüsusi fikir vermilmişdir. Yaradılan sənayə müəssisələri daxili bazar üçün məhsul istehsal etməklə yanaşı, ixracyönlü məhsulların istehsalını da gücləndirmişdir.
Xüsusi ilə son illərdə qurulan "Gəmiqaya" Şirkətlər Qrupuna aid müəssisələr, Naxçıvan avtomobil zavodu, "Badamlı" mineral sular zavodu, "Cahan Holding" Kommersiya Şirkətlər İttifaqının müəssisələri, Kərpic zavodu, Mebel fabriki, "Dizayn" MMC-nın müəssisələri, "Şərab-2 Yeddilər Aqrar Sənaye Kompleksi" MMC, "Sirab" mineral zavodu, sement zavodu ən yüksək standartlar səviyyəsində məhsul istehsal edirlər.
Azərbaycan Respublikası yaranmış sabitlik, iqtisadi sahədə əldə olunmuş nailiyyətlər muxtar respublikada 1995-ci ildən başlayaraq tikinti-quraşdırma və abadlıq sahəsində əsaslı işlər görməyə şərait yaratmışdır.
Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, həmin yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksədilməsi istiqamətində ötən dövr ərzində 4 qəsəbə və 125 kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq və abadlıq işləri ildən-ilə genişlənir. Yüksək zövqlə, peşəkarlıqla Şərq və Qərb memarlıq elementlərindən ustalıqla və yerli-yerinə də istifadə etməklə tikilən binalar, təmir olunan və yenidən qurulan inzibati və sosial obyektlər, salınan gülkarlıq, yaradılan səliqə-səhman böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü təsdiq edir. Bütün bu işlərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov diqqət və həssaslıqla yanaşır, hər bir tikinti, quruculuq və abadlıq işlərinin ən yüksək səviyyədə aparılmasına nəzarət və rəhbərlik edir.
Ümummilli lider Heydər Əliyev 1999-cu ildə Naxçıvana səfər edərkən burada göstərilən işlərdən, həyata keçirilən tədbirlərdən razı qaldığını bildirmiş, bu işlərin aparılmasında təşkilatı və rəhbər rolunu oynayan Vasif Talıbovun işini xüsusi vurğulayaraq demişdir: "Mən məmnuniyyətlə demək istərdim ki, son dörd il içərisində (1995-1999-cu illər) Naxçıvanda işlər lazımlı səviyyədə gedir.
Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən dörd il müddətində o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyuk işlər görə bilər..."
Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyində ölkə Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın qədim diyarı olan Naxçıvanın sürətlə inkişaf etməsini və inamla irəliləməsini fərəh hissi ilə qeyd etdi: "Mən çox sevinirəm ki, Naxçıvanda quruculuq və abadlıq işləri aparılır. Blokada şəraitində yaşayan Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvan yaşayır, güclənir və irəliyə doğru inamla addımlayır. Fürsətdən istifadə edərək mən Naxçıvan rəhbərliyinə və şəxsən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova görülən bütün işlərə görə öz dərin minnətdarlığımı bildirirəm".
Bir anlıq xəyalımda o günlərə qayıtdım:
...Mən Vasif müəllimi, onun keçdiyi şərəfli həyat yolunu, böyük insani xüsusiyyətlərini, alicənablığını, işgüzarlığını, tanınmış ictimai-siyasi xadım olmasının əvəzsiz rəhbərliyini, vətənpərvərliyini, qayğıkeşliyini, torpaq, el sevərliyini fəaliyyətində həyata keçirdiyi yenilikləri, dünya görünüşünun Ulu öndərimiz Heydər Əliyevin sədaqətli davamçısı olmasını öz qocaman həkim qələmimlə yazmaqda çətinlik çəkmirəm. Özlüyümdə fikirləşirəm ki, Vasif Talıbov son illərdə Naxçıvan Muxtar Respublikasında inqilab yaradıb.
Vasif muəllim gözəl ailə başçısıdır, həyat yoldaşı Sevil xanım xarici dil müəlliməsidir.
Naxçıvan Muxtar Respublikasında ucqar kəndlərə geniş yollar çəkilib, məktəblər tikilib. Ordubadın ucqar kəndlərindən biri olan mənim dünyaya gəldiyim Üstüpü kəndində çox gözəl asfalt yol çəkilib, çayın üzərində 8 yerdən körpülər salınıb, məktəb, klub və bələdiyyə binası tikilib. Son vaxtlar mən gedə bilməmişəm. Bu il mart ayının 7-8-də Naxçıvana getməli oldum.
Təyyarədən düşən kimi vətənin təmiz ab-havasını dərdim. Bir bacıoğludan xahiş etdim ki, məni 10 dəqiqəlik Naxçıvanı gəzdirsin.
Xudaya, gözlərimə inana bimədim. Naxçıvanı kitablarda oxuduğum Şvetsariyaya bənzətdim. Fikirləşdim ki, behişti axtaran Naxçıvana gəlsin. Vətənin bu abadlığı məni sevindirdi.
Neçə illərdi gedə bilmədiyim, 38 ildən çox, doğma kəndim Üstüpüdə tikdiyim evin yarımçıq qaldığını fikirləşirəm.
Dahi şairimiz, dünya miqyaslı böyük söz sənətinin nümayəndəsi Məmməd Araz yazırdı:

Yaman bizi düzdə qoydu bu düzlük...
Çox hörmətli Vasif müəllim!
Məlumdur ki, hər bir bəşər övladı öz xeyirxahlığı, nəcib əməlləri ilə həyatda iz qoyur.
Siz lap çoxdan bu işə nail olmusunuz. Sizin Ulu öndərimiz mərhum Heydər Əliyev Azərbaycanımızda rəhbərlik etdiyi vaxtdan bəlkə də öncə doğma Naxçıvanımıza, onun ətraf rayonlarına və kəndlərinə ərməğan etdiyiniz abadlıq və quruculuq işlərindən doğan gözəlliklər, vaxtı-vaxtında iş ahəngdarlığı və nəhayət insanların könlünü oxşayan, onu daima yaşadan adınız Azərbaycanımızın hər yerində hörmətlə çəkilməkdədir.
Mən Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən tanınmış ictimai-siyasi xadim Vasif Yusif oğlu Talıbovu bacarıqlı, qayğıkeş insan kimi tanıyıram. O ağır günlərində mən Naxçıvanda olarkən, cəbhəçilərlə söhbət zamanı bərk əsəbləşdim. Bunu görən bir oğlan badamlı süzüb mənə verdi: "Cəfər hakim, için, sərindi, əsəbləşməyin". Deyirlər siz xalq adamısınız. Bir saatdan sonra yük təyyarəsində Bakıya qayıtmalıydım. Dostlarımla görüşəndə soruşdum ki, mənə su verən oğlan kim idi? Ondan halallıq almaq istəyirəm. Yaxın dostum Yunis Əliyev dedi ki: "Cəfər həkim, o oğlan Vasif Talıbovdur". Bizim tanışlığımız belə başladı:
Hörmətli Vasif müəllim! Bildirim ki, Böyük M.Araz xəstə olarkən ondan gizli, özü bilmədən üç dəfə öz qanımdan ona köçürtmüşəm. 35 ildən çox onun yaxın dilbiləni və həkimi olmuşam. Otuz beş il (35) Sumqayıt Təcili Tibbi yardım xəstəxanasının Cərrahiyyə şöbəsinin müdüri işləmişəm və öz təknəmin halal duz-çörəyini dadaraq ömrün qurub çağını yaşamada olan Həci Cəfərəm.
Təmənnasız Həkim cərrah.
...Yəgin ki, bir vaxtlar az da olsa haqqımda eşitmisiniz. Bu il doğma kəndim Üstüpüdə yeni məktəb binasının açılışı olub. Bunun hamısı sizin rəhbərliyiniz və göstərişlərinizlə həyata keçirilib.
O qədər şad oldum ki, bütün ürək ağrılarım keçib getdi.
Bir anlığa uşaq vaxtı oxuduğum məktəb binası yadıma düşdü. Əynimdə yamaqlı paltar, ayaqlarımda rezin çarıq, bir anlıq gözlərim önünə gəldi. Muəllimlərlə bir partada oturub şirin, bir qədər də kövrək xatirələrə daldım, inanın ki, sevincimin, sizə olan sevgimin həddi-hüdudu yox idi. Sağ olun. Allah sizləri və sizın ailə üzvlərinizi, sizi istəyənləri qorusun.
Siz cavan, ancaq boyük ürək sahibisiniz.
Mənim bu sevincimə qoşulan, Bakıda yaşayıb-yaradan bütün naxçıvanlıların qəlbindən keçir və məni tanıyan tanımayan insanlar telefonla sizə dualar, mənə göz aydınlığı verirlər.
Hörmətli Vasif müəllim!
Bir ağsaqqal kimi sizdən son olaraq bir xahişim var.
Kəndimizdə üç kəndin, yəni Üstüpü, Çənnəb və Məzrəni əhatə edən xeyir-şər evinin tikilməsi daha məqsədəuyğun olardı. İstərdik ki, qışın qar-çovğununda bu kəndlərin camaatı xeyrində, şərində əziyyət çəkməsin.
Əgər məsləhət bilsəniz, kəndimizin köhnə kənd sovetliyi binasının yerində camaat öz hesabına o binanın tikintisinə başlayardı.
Bu Siz tərəfdən bizim üçün daha bir böyük yaxşılıq olardı. Biz də hər an duaçınız olardıq.
Üstüpü kəndi sizə həmişə doğma olaraq qalacaq (onsuz da bizlə doğma qan qohumluğunuz var).
Vasif müəllim, mən şair deyiləm, ancaq uzun illərdir ki, Azərbaycanımızın xalq şairi Məmməd Arazla ata-baba dostluğumuzu yaşatmışıq.
Ürəyimdən axan bu misralar özümdən asılı olmayaraq ağ vərəqə süzülüb:
Xeyirə Açılsın

Aşılmaz sədləri keçib gəlmisən,
Məqsədin, məramın hamıya bəlli
Ədalət haqq yolun seçib gəlmisən,
Bu da bizə ümid, böyük təsəlli.

Tükənmək bilməyir gücün, taqətin,
Hər anın, hər günün, bəmbəyaz, aydın.
Vətən məhəbbətin, xalq məhəbbətin,
Dönməz əqidənlə aləmə yaydın.

Dolaşır dillərdə söhbətin sözün,
Bağlı bir rəhbərsən imana, dinə.
Ulu öndərini axtarır gözün,
Yenilik gəzirsən Vətən naminə.

Torpaq, yurd kəlməsi daim dilində,
Nurlu gecələrin səhərlərin var,
Gərgin zəhmətiniz müqabilində,
Şirin xoş müjdəli zəfərlərin var.

Seymur bir qolundur, Rza bir qolun,
Tanrı kaş həmişə sizə yar olsun,
Sevil xanım nurlu məhəbbət yolun,
Minarə anamız bəxtiyar olsun.

Xoş ənbər qoxusun arzun, niyyətin,
Xeyirə açılsın bütün səfərin,
Əldə etdiyi hər qalibiyyətin,
Döyünən qəlbidir Hacı Cəfərin.
Həkim Hacı Cəfər Quliyev,
Şöhrət ordenli, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinın üzvü, SSR-in əlaçı səhiyyə işçisi, SSR-in aparıcı yüksək dərəcəli cərrahı