adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Avqust 2018 18:10
17370
SİYASƏT
A- A+

Çavuşoğludan ABŞ mesajı: Noyabra qədər...

Türkiyə hələ də dünyada investisiya qoyulacaq ən yaxşı ölkələrdən biridir.

Adalet.az xəbər verir ki, bunu X Səfirlər Görüşündə çıxışı zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"ABŞ-la əlaqələrimiz son dövrlərdə arzu etmədiyimiz nöqtəyə gəldi. Ölkəmizin təhlükəsizliyini maraqlandıran əsas mövzularda ABŞ rəhbərliyi konstruktiv olmaqdan imtina etdi. FETÖ məsələsində lazımi addım atmadılar. Onlar da yaxşı bilirlər ki, 15 iyulun arxasında FETÖ dayanır. Bizdən onlar daima sübut istədilər, onları lazımi sübutları da verdik, lakin bu terror təşkilatının lideri hələ də Pensilvaniyada rahat həyat yaşayır. ABŞ PYD, YPG, PKK məsələsində gözlədiyimiz addımları hələ də atmayıb. Bu, ABŞ-a qarşı düşmənçiliyi təkcə Türkiyədə deyil, dünyada da artırır.

ABŞ-ın sanksiyaları və təhdidlərini anlamaq və qəbul etmək mümkün deyil. ABŞ-ın ənənəvi dostluq əlaqələrimizə və NATO müttəfiqliyimizə sadiq qalmasını gözləyirik. ABŞ-ın hələ də daxili siyasəti ucbatından başı çox qarışıqdır. Bunların başını qarışdıran başqa məqam isə "Bu problemi Türkiyə ilə həll edək, yoxsa noyabr seçkisinə qədər davam etdirək” məsələsidir”, – deyə o bildirib.(axar.az)