adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Avqust 2018 17:29
8837
DÜNYA
A- A+

İran neft hasilatını kəskin azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) gündəlik neft ixracını iyul ayında iyun ayı ilə müqayisədə 41 min barel artıraraq, 32 milyon 320 min barelə çatdırıb.

Adalet.az OPEC-in Neft Bazarı Hesabatına istinadən xəbər verir ki, iyulda qlobal neft tədarükü əvvəlki aya nisbətən gündəlik 680 min barel artaraq, 98 milyon 530 min barel olub.

Hesabat dövründə OPEC-ə daxil olmayan ölkələrin hasilatı 640 min barel artaraq, 66 milyon 200 min barelə yüksəlib.

Hasilatınartmasına baxmayaraq, OPEC-in qlobal neft tədarükündəki payı isə 33 faizdən 32,8 faizə düşüb.

Keçən ay OPECüzvləri arasındaxam neft istehsalını ən çox artıran ölkə Küveyt olub. Küveytgündəlik istehsalı78 min 500 barel artıraraq, 2 milyon 791 min barelə çatdırıb.

İyul ayında neft istehsalınıazaldan ölkələrLiviya, Səudiyyə Ərəbistanıvə İran olub. Liviyada gündəlik istehsal 56 min 700 barel azalaraq, 664 minə düşüb.

İranın neft hasilatı gündəlik 56 min 300 barel azalaraq, 3 milyon 737 min barel, Səudiyyə Ərəbistanının hasilatı52,8 min barel azalaraq, 10 milyon 387 min barel təşkil edib.

Bu arada, OPEC-in proqnozlarına görə, növbəti ildə neftə olan qlobal tələb 2018-ci illə müqayisədə 1 milyon 430 min barel yüksələrək, gündəlik 100 milyon 260 min barelə çatacaq.