adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Avqust 2018 15:05
13621
İQTİSADİYYAT
A- A+

Lirə və rubl ucuzlaşmaqda davam edir

Rəsmi Vaşinqtonun Moskva və Ankaraya münasibətdə tətbiq etdiyi sanksiyalar və birtərəfli ticarət tarifləri nəticəsində Rusiya rublu və Türkiyə lirəsi ABŞ dolları qarşısında dəyərini itirməkdə davam edir.

Adalet.az "Business İnsider"ə istinadən xəbər verir ki, ötən həftənin cümə günü Trampın ticarət tarifi qərarı ilə ucuzlaşan türk lirəsi ötən gün dollar qarşısında rekord tarixi enişini yaşayıb. Bu axşamadək 1 dollar 7 lirə keçərək, 7,24 lirə təşkil edib.

Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra lirə bu gün bir qədər möhkəmlənərək dollara nisbətdə 6.8 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Rusiyada isə milli valyuta olan rubl dollar qarşısında 2016-cı il aprelin 18-də qeydə alınan eniş rekordunu yeniləyib. Bu gün Moskva birjasında 1 dollar 68,27 rubl təşkil edib.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı avqustun 9-dan bu günədək dollar alışı həyata keçirməyib.