warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Fədayə Laçın ifadə verdi: "Ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir" Adalet.az | Fədayə Laçın ifadə verdi: "Ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Fədayə Laçın ifadə verdi: "Ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir"

15807    |   2018-08-13 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum Etibar Məmmədovun həbsdən qaçması ilə bağlı təqsirləndirilən şəxslərin növbəti məhkəmə iclası keçirilib.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda ilk olaraq müğənni Fədayə Laçın ifadə verib.

F.Laçın ifadəsində bildirib ki, E.Məmmədovla 2013-cü ildə E.Məmmədovun qardaşının toyunda tanış olub: "Üstündən 2 il keçəndən sonra Etibarın ad günündə oldum, orda münasibətimiz yarandı, sonra Etibar mənə öz qəzəllərini, şeirlərini göndərdi, mən də sənətə maraq göstərən bir insan kimi onun şeirlərini, qəzəllərini bəyənirdim. Etibar həbs olunandan sonra da münasibətlərimiz davam etdi, 3 dəfə onun yanına getdim".

F.Laçın E.Məmmədova açar verməsi haqqında da danışıb. O qeyd edib ki, E.Məmmədovun qaçmaq niyyətində olduğundan xəbərsiz olub: "Mənim ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir. O bilirdi ki, mənim bacım dəmir yollarında işləyir və ona görə də açarı məndən istədi. Sonra Aqil mənə zəng etdi, bacım dedi ki, mən Tiflisdəyəm və başqa bir nəfər vasitəsilə açar Aqilə verildi. Mən Etibarın qaçmaq niyyətində olduğunu bilmirdim, Etibar qaçan günü onu görməmişəm, qaçmamışdan 10-15 gün qabaq onu görmüşdüm, onun qaçması barədə xəbərlərdən eşitdim".

Daha sonra F.Laçın hakimin və digər vəkillərin suallarını cavablandırıb. Hakim bildirib ki, F.Laçın 32 dəfə telefon vasitəsilə E.Məmmədovla danışıb və ı uzun danışıq 40 min 30 saniyə olub. F.Laçın E.Məmmədovla tez-tez danlşdığını bildirib.

Daha sonra cinayət işində təqsirləndirilən taksi sürücüsü Məhəmməd Hacıyev dindirilib. M.Hacıyev əvvəllər E.Məmmədovu tanımadığını bildirib: "Günay xanım mənə zəng elədi, ora gedəndə dedi ki, bir nəfəri aparmaq lazımdı, Etibar mənə dedi ki, "artıq-əksik danışma, hara deyirlər sür", mən də qorxduğum üçün onları apardım".

Daha sonra təqsirləndirilən konvoy rəisinin köməkçisi, baş çavuş Tural Poladxanov ifadə verib. O qeyd edib ki, onun vəzifəsi məhbusları etab edən zaman onları kameralara yerləşdirmək olub. "Vaqonda 9 kamera olub. Həmişəki kimi məhbusları yerləşdirdik, qapılar bağlandı, Etibar qatar yola düşməzdən əvvəl dedi ki, rəislə görüşmək istəyirdi. Sonra Etibarı rəisin otağına apardım, o rəsin otağında qaldı, mən də xidmətimin dalınca getdim. Sonra gördüm ki, bələdçinin otağında Günay xanım oturub. Xanımın orada oturması təlimata zidd idi".

Daha sonra məhkəmə iclası başa çatıb, növbəti iclasın avqustun 15-də davam etdirilməsi qərara alınıb.




İmza:

Rüşvət almaqda təqsirləndirilən baş həkimə hökm oxunub

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının cəzası azaldılıb

Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi

Gəncə hadisələrinə görə həbs edilən bir qrup şəxsə hökm oxundu

Keçmiş müavini Cahangir Hacıyevi məhkəmədə ittiham edib

Baş Prokurorluq ANS-lə bağlı XƏBƏR yaydı: “Bərpası müzakirə predmeti deyil”

Fədayə Laçın və digərləri məhkəmədən vaxt istədi

MTN-in sabiq idarə rəisi azadlığa buraxılıb

Məhkəmədə Rəşad İlyasov və Rüfət Axundovun həbs olunması tələb edilib

Baş prokuror xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürüb

İş adamlarından pul tələb edən baş redaktora 12 il HƏBS

Şahid: Cahangir Hacıyev Qazaxıstanda neft yatağı alıb

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK