adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Avqust 2018 17:07
11479
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: DİLƏK

Dan üzündən dilədim
Göz yaşımı qurutsun...
Dilin bilə bilmədim -
O qız məni unutsun!

Dilək dilənən yerdən
Göyərsin, çubuqlasın...
Yadına düşüm hərdən -
Dizlərin yumruqlasın...

O, unudub sevinsin
Solmayan yarpaq kimi...
Unudulub sevinim -
Bir ovuc torpaq kimi...

Bu nə təzad, nə də ki,
Xoş istək yaratmaqdı.
Qaysaqlamış - məndəki
Yaranı qanatmaqdı!..