adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Avqust 2018 12:04
11078
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: ÇATIR
























Üz-üzə durmuşuq yerlə-göy kimi
Nə əlim toxunur, nə səsim çatır.
Yığıram bir yerə bütün gücümü -
Adını çəkməyə nəfəsim çatır...

Ruhumdan ərköyün- dəcəl tapmıram
Adam tək öldürən əcəll tapmıram...
Dizimə döyməyə macal tapmıram -
Köməyə bu sinə-qəfəsim çatır!

Gözüm dirənincə baxır yoluna
Gözümün işığı axır yoluna...
Məni bu dünyanın axır yoluna -
Uğurla !- deməyə həvəsim çatır!