adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Avqust 2018 11:00
9795
ƏDƏBİYYAT
A- A+

Bir qadının dilindən roman yazmaq istəyərdim - Orhan Pamuk

Adalet.az saytı Orhan Pamuka ünvanlanan 24 sual və onun cavablarını təqdim edir:




1. Həyatdakı ən böyük qorxunuz nədir?

- Yalnız qalmaq və yazı yazmağın zövq və həyəcanını itirmək. Bu çöldə qalmaq kimi bir şeydir.

2. Harada yaşamaq istəyərdiniz?

- İstanbulda. Xüsusən də dənizə girə biləcəyim yerində.

3. Ən xoşbəxt olduğunuz an?

- Bir kitabın yaxud da bir filmin içində özümü itirdiyim və bir kitabı özüm yazmışam kimi, bir filmi özüm çəkmişəm kimi hiss etdiyim an.

4. Hansı səhvləri rahatca, gülərüz qəbul edə bilərsiniz?

- Mənə ziyan verməyən və bir xeyli sonra fərqinə vardığım xətalar. Bəzən mən də belə səhvlər edirəm.

5. Ən sevdiyiniz kişi xarakteri?

- "Başımda bir qəribəlik” romanımın qəhrəmanı Mövlud Qaradaş.

6. Ən sevdiyiniz qadın xarakteri?

- "Mənim adım qırmızı” romanımın qəhrəmanı Şeküre

7. Tarixdəki sevimli qəhrəmanınız?

- Mustafa Kamal Atatürk və bir çox qəhrəmanlar var, amma əslində düşünürəm ki, qəhrəmanlara ehtiyac olmamalıdı. Qəhrəmanlara ehtiyacı olan, möhtac olan bir toplumda yaşamaq istəmərəm.

8. Yaşayan ən çox sevdiyiniz insan?

- Qızım Röya.

9. Bir kişidə ən bəyəndiyiniz xüsusiyyət?

- Dostcanlı, istiqanlı, barışı sevməyi.

10. Bir qadında ən bəyəndiyiniz xüsusiyyət?

- Gülümsəyən və işinin ən incə məqamlarını düşünən olmağı.

11. Ən sevdiyiniz ümumi xüsusiyyət?

- Dürüstlük.

12. Hansı işi görərkən xoşbəxt olursunuz?


- Yazarkən.

13. Kimin yerində olmaq istəyərdiniz?

- Gənclik çağlarındakı Orhan Pamukun yerində olmaq istərdim. Çünki "Ax, o vaxtkı ağlım olsaydı, başqa cür edərdim” deyib peşmanlıq çəkən biriyəm.

14. Özünüzdə gördüyünüz ən vacib əskiklik?

- Səbr, dözüm və hadisələrin ətrafından qayıda bilmək bacarığı. Mən hadisələrin içinə girib bəzən özümü pis vəziyyətə salıram.

15. Sahib olmaq istədiyiniz istedad, bacarıq?

- Rəssamlıq.

16. Yuxu kimi qalan xoşbəxtlik arzunuz?

- Sonsuz bir zamanımın olmağı və problemsiz yaşamaq. Hər şeyi etməyə vaxtım var – deyə bilməyim.

17. Ən çox işlətdiyiniz söz?


- Boş ver. Bunu dostlarıma da, özümə də çox deyirəm. Dərd çəkməsinlər deyə, çəkməyim deyə.

18. Hansı vəziyyətdə yalan danışırsınız?

- Ən haqlı yalan danışılan sevən zaman olur. İtirməmək üçün, onu qoruyub saxlamaq üçün yalan danışırsan.

19. Ən nifrət etdiyiniz şey?

- Tıxacda qalmaq, pis niyyətli insanların pis sözlərini eşitmək məcburiyyətində qalmaq. Bir də görürsən, tıxacda yolumu dəyişirəm ki, ləngiməyim, amma yenə gəlib tıxaca ilişirəm və hərəkətsiz halda maşınımda otururam. Bu məni boğur, əsəbiləşirəm.

20. Dünyaya yenidən gəlsəniz kim olmaq istəyərdiniz?

- Birincisi özüm olmaq istəyərdim, gənclik illərimi yenidən, daha yaxşı yaşamaq istərdim. İkincisi də ki, birinci şəxsin təkində, bir qadının dilindən roman yazmaq. Özümü qadın kimi hiss eləmək və qadın kimi nə düşünməyimi hiss etmək. Nəticədə mən kişiyəm və buna gücüm çatmır. Amma qadının dilindən roman yazmaq və hətta "bunu Orhan Pamuk yazmayıb, hansısa qadın yazıb” dedirtəcək bir roman.

21. Ən dəyərli əşyanız?

- Dolma qələmim, bir romanı eyni qələmlə yazmaq vərdişimdi. Çay fincanım, kağızlarım.

22. Ən çox işlətdiyiniz söyüş?

- Eşşək oğlu eşşək.

23. Necə ölmək istəyərdiniz?

- Fərqində olmadan, səssiz. Amma yazmağı düşündüyüm bütün romanları yazandan sonra.

24. Həyatdakı deviziniz?

- Boş ver, bu da keçər, yazmağa davam.


Öz türkcəmizə çevirən Emin Akif