adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Avqust 2018 17:53
9314
İDMAN
A- A+

Tramp “Qalatasaray”ı məhv etdi

Türkiyənin "Qalatasaray” klubunun vitse-prezidenti Əbdürrəhim Albayraq ABŞ Prezidenti Donald Trampın ünvanına sərt ifadələr işlədib.

Adalet.az xəbər verir ki, vitse-prezident Trampın Türkiyəyə tətbiq etdiyi maliyyə sanksiyalarından sonra türk lirəsinin dollar qarşısında dəyərini itirməsinə görə transfer gerçəkləşdirə bilmədiklərini deyib.

"CNN Türk” telekanalında qonaq olan Ə.Albayraq bunları deyib:

"Amerikada bir adam var ha… Allah onu qəhr eləsin, bizi məhv elədi. Trampdan bəhs edirəm. Allahın cəzası…"Təyyarə endirdim" sözləri yoxdur. Nə təyyarə endirə bilərsiniz, nə də qaldıra bilərsiniz. Çünki borcumuz bir gündə 25 faiz çoxaldı. Bütün klublar futbolçu satmaq üçün cəhd göstərəcək. Asan sata bilmirik. Zamanında böyük pullar verilib. Satmaq istəyəndə də klublar bu pulları vermir. Belə də olanda futbolçunu sata bilmirsiniz”.