adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Avqust 2018 12:15
7898
HADİSƏ
A- A+

Qaradağda iki yük maşını toqquşub

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Ford” və "KAMAZ” markalı iki yük avtomobili toqquşub.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.