adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Avqust 2018 11:17
8979
HADİSƏ
A- A+

İsmayıllıda 4 bal gücündə zəlzələ olub

Avqustun 11-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Adalet.az-a bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkanlar yerli vaxtla saat 23:03:11-də Pirquludan 11 kilometr qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.