adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Avqust 2018 19:03
7506
MƏMLƏKƏT
A- A+

Müdafiə Nazirliyinin nümayəndələri mükafatlandırılıb

"Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində fəal iştiraka görə Müdafiə Nazirliyinin nümayəndələri Mustafazadə Xəyyam Xəqani oğlu və Vəliyev Anar Yaqub oğlu Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən "Təşəkkürnamə” və "Fərman” ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, nazirliyin Əlahiddə Nümunəvi Orkestrinin solisti Xəyyam Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.