adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Avqust 2018 17:13
9889
HADİSƏ
A- A+

Göygöldə oğurluq edən şəxslər tutulub

Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Şəhriyar kənd sakini Allahverdi Qarayev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13 000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 atının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb.