adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Avqust 2018 16:09
10069
DÜNYA
A- A+

ABŞ Əfqanıstanı bombaladı – 19 talibançı öldü

ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanın Hilmənd əyalətinə endirdiyi hava zərbələri nəticəsində "Taliban” silahlı hərəkatının azı 19 üzvü ölüb.

Adalet.az bildirir ki, bu barədə "Khaama Press” agentliyi yerli məmurlara istinadən məlumat verib.

Qeyd olunur ki, hava zərbələri "Taliban” üzvlərinin Nəhr Sirac rayonundakı sığınacaqlarına endirilib. Hücum nəticəsində "Taliban” döyüşçülərinə məxsus silahın bir hissəsi də məhv edilib.