adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 Avqust 2018 09:38
6423
MƏMLƏKƏT
A- A+

KÜRDƏMİR: İNKİŞAFIN VƏ MÜASİRLƏŞMƏNİN YENİ DÖVRÜ

(əvvəli ötən sayımızda)

Pambıq sahələrində ziyanvericilərə qarşı mübarizə işi təşkil olunmuş, 2000 hektar sahədə mənənə və tripsə, 140 hektar sahədə alaq otlarına qarşı kimyəvi mübarizə aparılmışdır. Pambıq sovkasına qarşı mübarizə işlərinə başlanılmış, bioloji mübarizə təşkil olunmuş, 834 hektar sahədə peremon tutucular yerləşdirilmiş, sovkanın birinci nəsli ilə mübarizə məqsədi ilə sahələrə trixoqramlar buraxılmışdır. Eyni zamanda pambıq sovkasının digər paraziti-pərdəqanadlı kiçik həşarət habrobrakon pambıq sahələrinə bioloji mübarizə məqsədi ilə buraxılmış və bu işlər hazırda davam etdirilir.
Bu ilin məhsulu üçün ötən ilin payızında 45040 hektar sahədə taxıl, o cümlədən 16072 hektarda buğda, 28968 hektarda arpa əkilmiş, taxıl sahələrinə lazımi aqrotexniki tədbirlər göstərilmiş, əvvəlki illərdəkindən 3 dəfə çox mineral gübrə verilmişdir. Yığım işlərində müəyyən texnika çatışmamazlığı olsa da, biçin əsasən optimal müddətdə aparılmışdır. Nəticədə 136 min tondan çox taxıl, o cümlədən 48,5 min ton buğda, 87,5 min ton arpa istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 55,3 min ton çoxdur. İlk dəfədir ki, rayon üzrə taxılın orta məhsuldarlığı 30 sentneri keçmişdir. Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu ilin yazında 1240 hektaradək dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən, müasir texnologiya ilə becərilməsi təşkil olunmuşdur.Qarğıdalı əkinlərinin vəziyyəti göstərir ki, hər hektardan 100 sentnerdən çox qarğıdalı dəni götürüləcəkdir və bu da 12 min tondan çox taxıl deməkdir. Ölkə rəhbərinin tapşırığına əsasən baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə rayonda 18 nümayəndəliklə 199 kümçüyə 520 qutu barama qurdu verilmiş, rayon üzrə 20380 kiloqram barama tədarük edilərək "Azəripək" MMC-yə təhvil verilmişdir. Bu da əvvəlki ildəki göstəricidən 2 dəfə çoxdur. Rayonda tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 8 hektaradək sahədə istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 210 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayona cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır. Bu il "GEOTERMAL AGRO" MMC tərəfindən Mollakənd kəndi ərazisində 2,5 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılır.
Müşavirədə ölkə rəhbəri aqroparkların yaradılmasına və aqroparklarda gedən işlərin gedişi və aqroparkların ümumi layihələrinin dəyəri barədə məlumat verərək bu sahəyə olan diqqəti bir daha vurğuladı. Kürdəmirdə iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmışdır. Bu torpaqlar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq öz vəsaitləri hesabına Aqropark yaratmaqla mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri qurmaqla qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişafına zəmanət verən 5 sahibkara icarəyə verilmişdir.Hazırda aqroparklar tərəfindən infrastrukturların yaradılması, torpaqların yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının, və digər zəruri tikililərin tikintisi sahəsində işlər görülür.Bu il aqroparklar tərəfindən 4000 hektaradək sahədə dənli bitkilər və 2040 hektarında pambıq və digər yazlıq əkinləri aparılmışdır. Həmin təsərrüfatların məhsuldarlıq göstəriciləri rayon üzrə orta məhsuldarlıq göstəricilərindən xeyli yüksəkdir.Rayonda Aqrolizinq ASC-nin regional nümayəndəliyinin rayon bölməsi fəaliyyət göstərir. Bölməyə 266 ədəd traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ildə 18 müasir taxılyığan kombayn, 8 pambıqyığan maşın alınmışdır. Rayondakı fiziki və hüquqi şəxslər tərəfindən 200-dək traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür. Bu ilin birinci yarısında 546,7 km kanal və 76 km dren şəbəkəsi lildən təmizlənmiş, 88 hidrotexniki qurğu, 9 nasos kompleksi və bir neçə beton və latok kanallar əsaslı təmir olunmuşdur.Rayonun Şilyan massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar 11 km-lik "Şilyan" kanalında genişləndirmə işləri başa çatdırılmış, Kür çayı sahilində inşa edilmiş nasos stansiyasında 2 ədəd elektik su nasosu quraşdırılmış, onlardan 1 ədədi işə buraxılmışdır.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 64785 başa, qoyun və keçilərin sayı 135861 başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 17,7 faiz, süd istehsalı 6,7 %, yumurta istehsalı 64,5 faiz, yun istehsalı 21,5 % artmışdır. Rayonda məhsuldar cins heyvanların çoxaldılması tədbirləri davam etdirilir. Əvvəllər lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda bu ilin birinci yarımilliyində 987 baş mal süni mayalandırılmış, 653 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Kürdəmir Baytarlıq İdarəsi tərəfindən 13 baytar sahə məntəqəsində infeksion xəstəliklərin qarşısının alınması və xroniki yolxucu xəstəlikləri müəyyən etmək məqsədi ilə diaqnostik müayinələr qoyulmuşdur.

(ardı gələn sayımızda)