adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Avqust 2018 12:11
18572
ELM VƏ TƏHSİL
A- A+

Bu gün Günəş tutulacaq

Bu ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Adalet.az-a bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.