Prezident konqresmenlərlə Qarabağı müzakirə etdi - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin başçılıq etdiyi və komitənin üzvü Rik Kravfordun daxil olduğu nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi bildirildi, ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin Azərbaycana səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.
Söhbət zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara fəal dəstək verdiyi qeyd edildi, ölkələrimizin beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.
Görüşdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23