Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Nazir: Tacikistan alüminium istehsalında Azərbaycanla əməkdaşlıqda maraqlıdır Adalet.az | Nazir: Tacikistan alüminium istehsalında Azərbaycanla əməkdaşlıqda maraqlıdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Nazir: Tacikistan alüminium istehsalında Azərbaycanla əməkdaşlıqda maraqlıdır

4956    |   2018-08-10 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tacikistan alüminium istehsalı və ixracı sahəsində Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır.

Trend-in məlumatına görə, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozoda deyib.

Nazirin sözlərinə görə, Tacikistan xüsusilə alüminiumun ixracında Azərbaycanın tranzit potensialının istifadə olunmasında maraqlıdır:

"Tacikistan 2019-cu ildə alüminium istehsalını 245,5 min tona çatdırmaq niyyətindədir. Bu ilin ilk yarısında 99,5 milyon dollar dəyərində 46,7 min ton alüminium istehsal olunub. Biz Tacikistan alüminiumunun Azərbaycan ərazisindən tranziti və Azərbaycandan Türkmənistana gil-torpaq tədarükü həcmlərini artırmaq istəyirik”.

Nazir əlavə edib ki, bu gün Tacikistanın Alüminium Korporasiyası ilə SOCAR arasında Azərbaycandan neft koksunun idxalı barədə razılaşma əldə olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK