Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | "Anarın ikinci həyat yoldaşı da xərçəngdən əziyyət çəkir" Adalet.az | "Anarın ikinci həyat yoldaşı da xərçəngdən əziyyət çəkir" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

"Anarın ikinci həyat yoldaşı da xərçəngdən əziyyət çəkir"

6531    |   2018-08-10 17:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir həftə əvvəl dünyasını dəyişən Anar Nağılbazın həyat yoldaşı Aytən xanım reperin məzarı üstünə əklil göndərib.

Adalet.az xəbər verir ki, Anarın anası Şərqiyə xanım Baku.ws-ə açıqlamasında, Aytənin Azərbaycanda yaşamadığını bildirib:

"Aytən xaricdə yaşayır. Anarın dostlarından pul göndərib və xahiş edib ki, onun adından əklil hazırladıb bu sözlərlə məzarına göndərsin: "Rahat yat canım, tezliklə mən də gələcəyəm. Sənin Aytənin".

Şərqiyə xanım Aytənin oğlunun pərəstişkarı olduğunu söyləyib: "İnternetdə tanış olmuşdular. Bakıya gəldi, bizimlə tanış oldu, sonra çıxıb getdi. İşdən icazə alıb gəlmişdi, çox qala bilmədi. Anar işlərini səhmana salandan sonra onun yanına gedəcəkdi. Yazıq balam, arzusu ürəyində qaldı.

Oğlumu çox sevirdi. İnanın, yazıqlar heç bir həftə bir yastığa baş qoymayıblar. Bilsəniz, bir-birlərini nə qədər çox sevirdilər? Gün ərzində Anarın hər addımı ilə maraqlanırdı. Ordan bura Anarın qulluğunda dururdu. Vaxtlı-vaxtında yeməyini yeməsinə nəzarət edirdi. Deyirdi ki, şəklini çək, inanım ki, yemisən. Anar xəstə idi axı, yaxşı qidalanmalı idi... Oğluma çox ürək-dirək verirdi".

Şərqiyə xanım Aytənin də xəstə olduğunu vurğulayıb: "O da xəstədir. Xərçəngdən əziyyət çəkir. Deyirəm, qızım, özün sağal ki, Anarın ruhu şad olsun. Deyir, yox, sağalmaq fikrim yoxdur, qoy tez ölüm, Anarın yanına gedim. Bax, oğlumu belə çox sevir".

Xatırladaq ki, Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Orta təhsilini Xırdalan rayon 1 saylı orta məktəbdə alıb. 4 avqust 2018-ci ildə dünyasını dəyişib.




İmza:
SON XƏBƏRLƏR
2019-02-22
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK