deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | “Bakcell”in 4G şəbəkəsi - Rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi Adalet.az | “Bakcell”in 4G şəbəkəsi - Rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Bakcell”in 4G şəbəkəsi - Rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi

11599    |   2018-08-10 17:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyalardan istifadə edir.

4G nədir?

Sadə dildə desək, 4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumat-ötürmə şəbəkəsidir. Siz yəqin ki, 3G texnologiyasını dəstəkləyən mobil telefonlar vasitəsilə mobil internetdən bir neçə müddətdir istifadə edirsiniz. Lakin 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. İnternetdə saytları açmaqdan tutmuş, filmlərin yüklənməsi, telefonda istifadə olunan proqramların yenilənməsi və hətta canlı video efirlərin təşkilinə qədər hər bir əməliyyat 4G şəbəkəsi ilə əvvəlkindən inanılmaz dərəcə sürətlidir.

"Bakcell”n 4G şəbəkəsinin əsas üstünlükləri nədir?

Daha sürətli və keyfiyyətli mobil internet müasir müştəri təcrübəsinin əsas tələbləridir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə Kateqoriya 6 "LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər



4G şəbəkəsinə keçid çox asandır, əhatə dairəsi isə gündən günə artır

"Bakcell”in 4G şəbəkəsindən istifadə edib hədsiz imkanlardan yararlanmaq üçün sadəcə olaraq smartfonunuzun menyusundan 4G/LTE şəbəkəsini seçmək kifayətdir. Bunun üçün cihazınız və SİM-kartınız həmin şəbəkəni dəstəkləməlidir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi və Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir. Həmçinin qeyd edək ki, Bakcell Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


İmza:

Bakcell ən yüksək nəticə göstərməkdə davam edir

Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti!

Məktəblilər “Bakcell”in qonağı oldu

Azercell-in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Baramanın startapları üçün imkanlar genişlənib

Sosial şəbəkə istifadəçilərinin diqqətinə - Nə etmək lazımdır?

Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

Bu il “Azərkosmos” dünyanın 18 ölkəsinə 16,1 milyon dollar dəyərində xidmət ixrac edib

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib

SON XƏBƏRLƏR
2019-07-18
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK