warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | İsmayıllıda inəklərin süd vəzilərinin qopması ilə bağlı analizlərin cavabı məlum oldu Adalet.az | İsmayıllıda inəklərin süd vəzilərinin qopması ilə bağlı analizlərin cavabı məlum oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

İsmayıllıda inəklərin süd vəzilərinin qopması ilə bağlı analizlərin cavabı məlum oldu

7171    |   2018-08-10 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: "Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. Müayinələrin cavablarına görə, həmin heyvanlarda xəstəlik yoxdur. Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb".

Xatırladaq ki, İsmayıllı rayonunun Girk kəndində 17 iribuynuzlu heyvanın süd vəzilərinin ön məmələri naməlum şəraitdə qoparılmışdı. Heyvan sahibləri məsələ ilə bağlı İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət edərək həmin heyvanların müayinə olunması və faktın hansı şəraitdə baş verməsinin səbəblərinin araşdırılmasını istəmişdi. İsmayıllı rayon Baytarlıq İdarəsi isə vəziyyəti araşdıraraq həmin heyvanlardan nümunələr götürüb Respublika Baytarlıq Laboratoriyasına göndərmişdi.




İmza:
SON XƏBƏRLƏR
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK