Adalet.az | “Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Adalet.az | “Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi

2131    |   2018-08-10 16:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi Zəngilan rayonu 6 nömrəli tam orta məktəbi tərəfindən bu ilin bu ilin iyul ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi yeniyetmə və gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq üçün effektiv yerli və xarici təcrübələrin tətbiqi edilməsidir.

Sözügedən layihə 7 ay ərzində həyata keçiriləcək və sentyabr-oktyabr aylarında layihə çərçivəsində yuxarı sinif şagirdlərinə dərs deyən müəllimlər üçün seminarlar, valideynlər üçünsə "dəyirmi masa”lar təşkil ediləcək. Orada buraxılış siniflərində tədris alan şagirdlərin düzgün ixtisas seçimində istiqamətləndirmə üçün istifadə edilən uğurlu "alət”lər, ölkəmizdə və xaricdə bu sahədəki praktika müzakirə ediləcək, ekspertlər öz tövsiyələrini verəcəklər. Əsas diskussiya məktəb-valideyn əməkdaşlığı ilə şagirdin uğurlu gələcəyini təmini modelini müzakirə etmək, hər bir yer, icma, məktəb, sinif və hətta şagirdə individual yanaşılmasını müəyyənləşdirməkdən ibarət olacaq.

Layihənin sonrakı aylarında şagirdlər üçün təlimlərin təşkil edilməsi nəzərdə tutulub. Təlimlərdə "Peşə seçimində vacib bacarıqlar”, "İxtisas seçinində effektiv təcrübə”, "Müəllimlər və valideynlərlə düzgün münasibətlərin qurulması”, "Komanda işi” və "Liderlik bacarıqları” kimi mövzular ətrafında məlumatlar veriləcək, bu istiqamətdə dinləyicilərin bilik və bacarıqları artırılacaqdır.

Təlimlərdə iştirak etmiş və fəal olanların ibarət qrup formalaşdırılacaq. Həmin qrupun Bakıda yerləşən yerli təşkilatlarına, biznes qurumlarına, tədris mərkəzlərinə və s. səfərləri və həmin qurumlarının iş fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediləcək. Belə səfərlər nəticəsində təlimə cəlb edilmiş fəal dinləyicilərin praktiki bilikləri artacaq, təlimdə nəzəri olaraq əldə etdikləri biliklərin əyani görmək imkanı qazanacaqlar.

Həyata keçirilmiş fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq üçün yekun prezentasiya təşkil ediləcəkdir. Burada layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onları həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar bölüşəcək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Layihə gələn ilin yenvarında yekunlaşacaq.

"Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsinin işçi qrupu




İmza:

Məleykə Abbaszadədən abituriyentin 596 balla ali məktəbə qəbul ola bilməməsi iddiasına cavab

Baş Prokurorluq və DİM qəbul imtahanlarında pozuntularla bağlı birgə məlumat yayıb

Abituriyentin 596 balla imtahandan kəsilməsinə DİM-dən münasibət

Hansı tələbələr təhsil haqqından azaddır?

İşə qəbul imtahanlarında ən yüksək nəticələri hansı fənn müəllimləri toplayıb?

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub - Məleykə Abbaszadə

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

Magistraturaya qəbul planının 25 faizi boş qaldı

Müəllimlərin işə qəbulu üzrə müsahibə davam edir

Ceyhun Bayramov 185 məzunu qızıl medalla təltif etdi

Məktəbəhazırlıq qruplarında təhsil ödənişli ola bilər

SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK