adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Avqust 2018 16:38
19444
SİYASƏT
A- A+

Oqtay Əsədov Rəhmonla nahar edib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da birgə işçi nahar ediblər.

Adalet.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulandı. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edildi.