adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Avqust 2018 11:09
9995
DÜNYA
A- A+

Hindistanda torpaq sürüşməsi 26 nəfəri öldürüb

Hindistanın Kerala ştatında torpaq sürüşməsi baş verib. Trend-in məlumatına görə, ştatın müxtəlif rayonlarında baş verən torpaq sürüşməsində ölənlərin sayı ümumilikdə 26 nəfərə çatıb.

Bildirilir ki, torpaq sürüşməsinə ştatda yağan aramsız yağışlar səbəb olub. Belə ki, çərşənbə günündən başlayan güclü yağışlar hələ də davam edir.

Sakinlərin evləri yararsız hala düşüb, evlərə dolan suları əllə təmizləyirlər.