adalet.az header logo
  • Bakı 21°C
11 Aprel 2013 13:33
52974
AVTOMABİL
A- A+

Range Rover qəfil qərar qəbul etdi

Belə bir variantın meydana gəlməsi çox məntiqidir. Bununla potensial alıcılar və ekspertlər razıdırlar, lakin britaniya markasının rəhbərliyi razı deyil.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Land Rover” marketoloqları kabriolet "Evoque”-u seriya istehsalına buraxmaq ehtimalını ciddi şəkildə ətraflı düşünüb müzakirə ediblər.

Boşuna deyil ki, keçən il Cenevrə avtosalonunda britaniyalılar hazır avtomobil göstərdilər. Onu rəsmi şəkildə konsept-kar adlandırırdılar, lakin şübhəsiz ki, avtomobil seriya istehsalı məqsədi ilə yaradılıb. Şirkətin mühəndisləri təsdiq edirlər ki, rəhbərliyin müsbət qərarı olsa, avtomobili bir neçə ay ərzində konveyerə salmaq olar. Bir çox başqa anoloji avtomobillər kimi, Cenevrədə qoyulmuş açıq yolsuzuq avtomobili orijinal lakmus kağızı kimi olmaq üçün nəzərdə tutulub – istehsalçı tamaşaçıların reaksiyasına görə seriya avtomobilinə olacaq tələbatı bilmək istəyirdi.

Autoevolution portalının verdiyi məlumata görə tamaşaçıların reaksiyası çox müsbət olub. Avtomobilin seriya istehsalına buraxılmasının rəsmi səbəbi "üslubi vərəsəliliyin olmaması” oldu – yəni "Evoque”-un irsi xüsusiyyəti damın alçaq xəttidir ki, bunu da məlum səbəblərdən kabrioletdə reallaşdırmaq mümkün olmayacaq. Lakin qeyri-rəsmi versiya da var: açıq versiyada yük yerinin həcmi təhqiredici dərəcədə az ola bilərdi.