ANA SƏHİFƏ / DÜNYA

ABŞ-da məhbusa qarşı ölüm hökmü icra olundu

5480    |   2018-08-10 15:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Tennessi ştatında son 10 ildə ilk dəfə məhbusa qarşı ölüm hökmü icra edilib. Ştatın Neşvill həbsxanasında 59 yaşlı məhbus Bill Rey Ayruka xüsusi məhlullu iynə vurularaq həyatına son qoyulub.

Adalet.az "İzvestiya”ya istinadən xəbər verir ki, Bill Rey 1985-ci ildə azyaşlı uşağı zorladıqdan sonra öldürüb. Nəticədə məhkəmə ona ən ali cəza – ölüm hökmü çıxarıb. Bu qərardan dəfələrlə şikayət verməyinə və hökmün icrasının təxirə salınması üçün müraciətlərinə baxmayaraq, məhkəmə Ayrukun xahişini hər dəfə rədd edib.

Tennessi ştatında sonuncu dəfə ölüm hökmü 2009-cu ilin dekabrında - dükanı qarət edərkən 3 nəfəri öldürən məhbus Sesil Consona münasibətdə icra olunub.

Xatırladaq ki, ABŞ-ın təkcə Tennessi ştatında 1916-cı ildən bəri 133 ölüm hökmü icra edilib. Yaxın zamanlarda isə ştatda daha 2 məhbusa qarşı bu hökmün həyata keçirilməsi planlaşdırılır. Onu da deyək ki, Vaşinqton müxtəlif hallarda bir sıra ölkələrdə ən ağır cəza kimi cinayətkarlara ölüm, yaxud edam hökmünün çıxarılmasını demokratiya və insan hüquqlarına zidd addım kimi qiymətləndirib. Lakin hazırda ABŞ-ın 31 ştatının qanunvericiliyində ölüm hökmünə rəsmi səviyyədə icazə verilir və ölkə konstitusiyasına edilən 8-ci dəyişikliyə uyğun olaraq, ağır nəticəli cinayətlər törədənlərə qarşı icra olunur.

Qeyd edək ki, Çin, İran, İraq, ABŞ, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Vyetnam və digərləri ölüm hökmünün ən çox icra olunduğu ölkələr sırasında yer alıblar. Ən ali və ağır cəza növü kimi ölüm hökmü müxtəlif ölkələrdə fərqli metodlarla icra edilir. Məsələn, Səudiyyə Ərəbistanında ən ağır cinayət törədənlərin başı kəsilir, ABŞ-da elektrik stulunda toka verilir, yaxud xüsusi məhlullu iynə yeridilir, İran və İraqda dar ağacından asılır, Çində ölüm iynələrindən istifadə olunur, Əfqanıstanda daş-qalaq edilir, Vyetnamda isə bu hökmü alan cinayətkarlar güllələnirlər.



İmza:
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK