adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Avqust 2018 15:29
4293
HADİSƏ
A- A+

Göldə batan gəncin meyiti tapıldı - Yenilənib

Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.