Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb Adalet.az | Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Dövlət İmtahan Mərkəzi ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

3786    |   2018-08-10 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə əhalisinin maarifləndirilməsi və təhsil alan gənclərin elmi biliklərinin artırılmasında birgə fəaliyyətin təşkili, müştərək maarifləndirici layihələrin həyata keçirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bilik Fondundan Adalet.az-a verilən məlumata görə, Mərkəzdə keçirilmiş tədbirdə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və hər iki qurumun əməkdaşları iştirak ediblər.

Əməkdaşlıq sazişində orta, ali, texniki-peşə təhsili müəssisələrində gənclərin maarifləndirilməsinin, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsinin, şəxsiyyət kimi formalaşmasının təmin edilməsi istiqamətində mühazirə və təlimlərin keçirilməsi, abituriyentlərin müxtəlif fənlər üzrə hazırlığının təmin edilməsi, onların qabiliyyət imtahanlarına hazırlaşdırılması ilə bağlı təlim kurslarının təşkili, abituriyentlərə, onların valideynlərinə və müəllimlərə qəbul qaydaları, qəbul imtahanları modeli ilə tanış olmaqda, peşə və ixtisas seçimində kömək məqsədilə maarifləndirici seminarların və dəyirmi masaların keçirilməsi, dövlət qulluğuna qəbul olunmaq və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün bölgələrdə maarifləndirici tədbirlərin təşkil edilməsi, eləcə də birgə nəşrlərin hazırlanması, kitabçalar, broşürlər və analitik materialların tərtib edilməsi, nəşri və yayılmasının təmin edilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzi və Bilik Fondu tərəflərin məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində respublikada və xarici ölkələrdə həyata keçirilən maarifləndirici tədbirlərdə, o cümlədən elm və təhsil layihələrində, konfranslar, seminarlar, dəyirmi masalar və təlimlərdə hər iki qurumun əməkdaşları, ekspertləri və tədqiqatçılarının iştirakına şərait yaradılması, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş abituriyentlərin rəğbətləndirilməsi, Mərkəzin araşdırmaları əsasında müəyyənləşən ən qabaqcıl məktəblərin təcrübəsinin regionlarda yayılması və müəllimlərin simpoziumlarının keçirilməsi ilə bağlı birgə fəaliyyət barədə razılığa gəliblər.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK