Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İctimai nəqliyyatla şəxsi avtomobilləri səhv salmayın - Emin Akif yazır Adalet.az | İctimai nəqliyyatla şəxsi avtomobilləri səhv salmayın - Emin Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

İctimai nəqliyyatla şəxsi avtomobilləri səhv salmayın - Emin Akif yazır

11633    |   2018-08-10 11:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzun müddətdir yazmaq istədiyim yazını, yəni avtobusda, metroda məni hövsələdən çıxaran hərəkətləri bir yerı toplayıb özüm üçün qaydalar toplusu yaratmışam. Ümid edirəm ki, özüm də, siz də bunları oxuyub riayət edəcəksiniz.

İctimai nəqliyyatda ən elementar etiket və riayət olunası qaydalar :

1. Yeməmək.

2. Tum çırtlamamaq.

3. Ayaqlarını aralayıb oturmamaq.

4. Eyni vaxtda yuxarı tutacaqdan yapışa-yapışa dirəyə söykənməmək (söykəndiyin dirəkdən də kimsə yapışa bilsin deyə).

5. Basabasda başqası keçə bilsin deyə imkan yaratmaq, özünü şəxsi maşınındakı kimi aparmamaq.

6. Asqıran, öskürən və gəyirən zaman ağzını tutmaq.

7. Önündə dayandığın oturacaqdakı adama kərkinməmək.

8. Əlində təsbeh, qəpik və səs çıxaran əşyaları oynatmamaq.

9. Qışqıra-qışqıra telefonla, yaxud da yanındakı adamla danışmamaq.

10. Yalnız hamilə və fiziki məhdudiyyətli insanlara yer vermək.

11. Fit çalmaq.

12. Anqıra-anqıra gülməmək .

13. Oturduğun yerdə pəncərə varsa, açmısansa, yanındakından soruşmalı (onun rahatlığını pozmayasan deyə).

14. Əgər iki nəfərlik oturacağın pəncərə tərəfi boşdursa, orada yox, bu tərəfdə əyləşirsinizsə və kimsə gəlib sizdən oturmaq üçün yer istəyirsə, deməli etikanı pozmusunuz.

15. Sərnişinlərdən kiminləsə mübahisəniz düşdüyü zaman məsələnizi nəqliyyatdan kənar yerdə həll edin.

16. Boş yer varsa, heç kim oturmursa, o boş yerə əyləşin. Ki, ayaq üstə duranlar üçün rahatlıq yaradasınız.

17. Sürücüyə ayrılmış yeri keçməyin.

18. Əgər nəqliyyatda həddindən artıq sıxlıqdırsa özünüzü dürtməyin, o birisinin gəlişini gözləyin. Əgər dürtmüsünüzsə də yerinizi rahatlayıb "adamlar dəhşətdi e, görürlər basabasdı, elə hey özlərini dürtürlər” deməyin.

19. Telefonunuzda oyun oynayarkən telefonu səssiz rejimə qoyun, sizin dinqa-dunqunuz kimisə narahat edə bilər.

20. Sürücüsünüzsə istədiyiniz musiqini qoşub, səsini ucaltmayın. Sizin musiqi zövqünüzə sərnişinlər dözməli deyil.

21. Ayağını tapdadığınız insandan üzr istəyin.

22. Ayağınızı tapdayıblarsa anlayışlı olun, basabasda başa düşüləndir.

23. Getdiyiniz ünvana diqqət yetirin. Sürücünü "burada saxlayın, yadımdan çıxıb düşmək” deyib işindən etməyin. İctimai nəqliyyat taksi deyil.

24. Əgər həddindən artıq köksünüzsə və sıxlıqda çətinlik çəkirsiniz, kimisə borclu çıxartmayın. Sizin köklüyünüzün səbəbi yalnız özünüzsünüz.

25. Siqaret çəkirsinizsə, nəzərə alın ki, sizin siqaret qoxunuz kiməsə pis təsir edə bilər. Ona görə də avtobusa minənə yaxın siqaret çəkməyin.

26. Ən arxadakı oturacaqlar hündürdür, oraya minərkən və düşərkən aşağıda oturanları nəzərə alın.

27. Oturacaqların arxasına sayt adları, telefon nömrənizi, ürək sözlərinizi yazmayın.

28. Nəqliyyatdan düşənləri gözləyin, sonra minin.

29. Əgər yer yoxdursa, qapıdan sallanıb yol gedirsinizsə bu həm həyatınızı təhlükəyə atır, həm də özünüzə hörmətsizlik etmiş olursunuz.

30. İctimai nəqliyyata əli dolu çanta ilə minmisinizsə, başqalarını narahat etməmək üçün çantalarınızı, sellofanlarınızı qucağınızda, ayaqlarınızın altında saxlayın. Yan-yörənizə düzüb camaatı narahat etməyin.

Yuxarıda yazılanlar tamamən müəllifin düşüncələridir və bunlara riayət etməyiniz sizi həm ictimai nəqliyyat stressindən, həm də kənardan mədəniyyətsiz kimi görünməkdən qurtaracaq. Unutmayın ki, sizin rahatlığınız başqasının rahatlığını pozmamalıdır. İctimai nəqliyyatla şəxsi avtomobilləri səhv salmayın.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK