warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | “Onların dolları varsa, bizim də ...” – Ərdoğan Adalet.az | “Onların dolları varsa, bizim də ...” – Ərdoğan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

“Onların dolları varsa, bizim də ...” – Ərdoğan

7546    |   2018-08-10 11:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin maliyyə sistemi pozmaq vasitəsilə Ankaraya iqtisadi təzyiqlər etmək cəhdinin heç bir perspektivi yoxdur.

Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rizədə xalq önündə çıxışı zamanı deyib.

"Əgər onların (ABŞ - red.) dolları varsa, bizim də xalqımız, hüququmuz və Allahımız var.” – deyə, Ərdoğan vurğulayıb. Həmçinin, xalqı müxtəlif ölkələrin Türkiyəyə və onun iqtisadiyyatına qarşı apardıqları çirkin kampaniyaya məhəl qoymamağa çağırıb.

Qeyd edək ki, Ankara ilə Vaşinqton arasındakı siyasi gərginlik fonunda türk lirəsinin ABŞ dolları qarşısındakı məzənnəsi tarixdə ilk dəfə rekord həddə ən aşağı səviyyəyə düşüb. Belə ki, bu gün 1 dollar 6 lirə, 100 dollar isə müvafiq olaraq 586 lirə dəyərində müəyyənləşib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir.(azvision.az)




İmza:

Türkiyədə müxalifət liderinə hücum olub

İranda 17 məktəb daşqınlara görə bağlanıb

Parisdə "sarı jiletlilər"in aksiyasında 70-ə yaxın saxlanılan var - YENİLƏNİB

Türkiyə ordusu 4 şəhid verdi

Dövlət Baxçalı İstanbuldakı bələdiyyə seçkilərinin ləğv etdirilməsinə çalışır

Vəhşi it körpəni beşikdən oğurladı - FOTO

Gürcüstanda yeni iqtisadiyyat və dayanıqlı inkişaf naziri təyin olunub

Notr-Dam kilsəsində alışmaya səbəbin qısa qapanma olduğu ehtimal olunur

Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin fəxri sədri seçilə bilər

Tramp qızını Dünya Bankına prezident qoymaq istəyib, İvanka rədd edib

Disney" şirkəti Notr-Damın bərpası üçün $ 5 milyon ayırıb

ƏKRƏM İMAMOĞLU İSTANBULUN BƏLƏDİYYƏ BAŞQANI OLDU

SON XƏBƏRLƏR
2019-04-21
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK