Adalet.az | DYP Şabranda reyd keçirib Adalet.az | DYP Şabranda reyd keçirib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

DYP Şabranda reyd keçirib

1755    |   2018-08-10 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsi və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Şabran rayon ərazisində avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçirilib. Reyd zamanı xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub.

Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub. Yol Polisi Bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.

"Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam etdiriləcək



İmza:
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK