Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Yanğınlarla bağlı 7 cinayət işi açılıb, 15 nəfər həbs edilib Adalet.az | Yanğınlarla bağlı 7 cinayət işi açılıb, 15 nəfər həbs edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yanğınlarla bağlı 7 cinayət işi açılıb, 15 nəfər həbs edilib

7726    |   2018-08-10 11:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub.

Adalet.az  "Haqqin.az”a istinadən bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) qeyd olunan ərazilərdə baş verən yanğın faktları üzrə hərtərəfli istintaq aparır, günahkarların məsuliyyətə cəlb olunması istiqamətində bütün müvafiq tədbirlər həyata keçirir. Bununla bərabər, əkin sahələrində və meşə fonduna daxil olan torpaqlarda, o cümlədən səhra zonalarındakı yanğın faktları üzrə 7 cinayət işi açılıb. Onlardan 5-i elektrik xətlərinin keçdiyi ərazilərə yaxın yerlərdə baş verən yanğın faktları üzrə açılıb.

DİN həmçinin bildirib ki, qəsdən və ya bilməyərəkdən yanğın törədilməsində iştirak edən şəxslər yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına görə cinayət cəzalarının sərtliyi və qaçılmazlığını tam dərk etməlidirlər. Bununla yanaşı, kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan subyektlər məsuliyyət daşımaqla bərabər onu da bilməlidirlər ki, əkin sahələrində yanğın törədilməsi torpağın məhsuldarlığına ciddi ziyan vuraraq onun bioloji balansını pozur.

Xatırladaq ki, iyulun 12-də Bakının bir hissəsi və respublikanın əksər rayonları növbəti dəfə işıqsız qalmışdı. "Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev elektrik enerjisinin verilməsində yaranan növbəti kəsintinin səbəblərini şərh edərkən bildirib ki, eyni vaxtda Yevlax və Ağsu rayonlarında elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın baş verib. Onun sözlərinə görə, bu cür "təsadüflər" bir çox suallar doğurur.

Qeyd edək ki, ötən il İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə cəzası gözləyir. Bundan başqa, yanğın əleyhinə təhlükəsizlik qaydalarının pozulmasına görə Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət məsuliyyəti də nəzərdə tutulub. Əgər yanğın əleyhinə təhlükəsizlik qaydalarının pozulması ciddi fəsadlara gətirib çıxararsa, bu qaydanı pozanlar 7 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilərlər.



İmza:

Azərbaycanda əhalinin siyahıya alınmasının tarixi açıqlanıb

Sədr: “Bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər”

Bakının Nobel prospekti bağlanacaq - RƏSMİ

Bu il Bakının 4 rayonunda “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək

Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb

İnsanlar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər - Sənədsiz evlər PROBLEMİ

3 qəsəbəni birləşdirən yol yenidən qurulur

DİN orta rəis heyəti üçün vakant yerlərə müsabiqə elan edir

Dövlət Gömrük Komitəsi quzu əti ilə bağlı açıqlama yaydı

Bayılda sürüşmə zonasındakı EVLƏR SÖKÜLƏCƏK

Şamaxıdakı zəlzələ neçə evi kəskin qəzalı vəziyyətə salıb?

SON XƏBƏRLƏR
2019-02-22
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK