adalet.az header logo
  • Bakı 21°C
10 Avqust 2018 10:05
13572
İQTİSADİYYAT
A- A+

Bitkoin ucuzlaşmaqda davam edir

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

Adalet.az-ın məlumatına görə, bitkoinin qiyməti bu gün 6,4 min dollar həddindən aşağı düşüb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,43% azalaraq 6,386 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 2,57% və ya 364,24 dollaradək ucuzlaşıb, "Ripple" 1,93% (0,3595 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 4,2% (599,88 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 226,36 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.