warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Azərbaycanda xərçəngin daha çox yayılmış NÖVLƏRİ VƏ SƏBƏBLƏRİ Adalet.az | Azərbaycanda xərçəngin daha çox yayılmış NÖVLƏRİ VƏ SƏBƏBLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Azərbaycanda xərçəngin daha çox yayılmış NÖVLƏRİ VƏ SƏBƏBLƏRİ

3023    |   2018-08-10 09:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

Adalet.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır:

"Gözləmək lazım deyil ki, xəstəlik tam yerini möhkəmləndirəndə həkimə müraciət olunsun”.

Bəs Azərbaycanda xərçəng xəstəliyinin hansı növü geniş yayılıb?

Bu sualını Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırıb.

Baş həkimin sözlərinə görə, Azərbaycanda süd vəzi xərçəngi daha çox yayılıb:

"Statistikaya görə bu xəstəliyə yoluxanların sayı dünyada 1,7 milyona çatır, bizim ölkədə isə ötən ilin nəticələrinə görə 2000 insan süd vəzi xərçəngindən əziyyət çəkir. İkinci yerdə ağciyər xərçəngidir. Ağciyər xərçəngi adətən kişilərdə daha çox rast gəlinir, ancaq 20-30% qadınlar arasında da yayılıb".

N.Qasımov qeyd edib ki, Azərbaycanda xəstəliyin artmasına bir neçə faktor səbəb olur:

"İlk öncə qida faktoru, siqaret çəkmək, ətraf mühitin çirklənməsi və gec uşaq dünyaya gətirmək kimi amillər xərçəngə yol açır”.

N.Qasımov qeyd edib ki, hazırda bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb:

"Əvvəllər insanlar arasında mədə xərçəngi daha tez-tez rast gəlinərdi. İndi isə bağırsaq xərçəngi onu əvəz edir. Səbəb isə odur ki, əvvəllər keyfiyyətli qida yox idi, bu gün isə var, amma düzgün qidalanma yoxdur. Üstəlik siqaret çəkmək də xəstəlik riskini artırır”.



İmza:
SON XƏBƏRLƏR
2019-04-21
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK