adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Avqust 2018 09:24
24917
SİYASƏT
A- A+

Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək

Milli Məclisin payız sessiyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçiləcək.

Modern.az-ınMilli Məclisdən əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Payız sessiyasında Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.