adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Avqust 2018 18:00
9793
SİYASƏT
A- A+

Lavrov Türkiyəyə gedir

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək.

Reportxəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Səfər çərçivəsində Lavrovun səfirlərin görüşündə çıxış edəcəyi və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır.

"Rusiya-Türkiyə əlaqələrinin mərkəzində beynəlxalq gündəmin aktual məsələləri - Suriya, Yaxın Şərq, Zaqafraziya, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət dayanacaq", - M.Zaxarova söyləyib.