adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Avqust 2018 17:35
8121
DÜNYA
A- A+

ABŞ-da Azərbaycan barədə yalan danışan erməni cəzalandırılacaq

ABŞ-da fırıldaqçılıqda və dərmanların qanunsuz satışında ittiham olunan erməniyə qarşı ABŞ vətəndaşlığını qanunsuz əldə etmək maddəsi ilə yeni ittiham irəli sürülüb.

Adalet.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ miqrasiya və vətəndaşlıq xidməti məlumat yayıb.

Əvvəllər məhkum olunmuş Berbank sakini 44 yaşlıArmen Sumonyanavqustun 7-də yenidən saxlanılıb.

İttiham aktında deyilir ki, Simonyan 15 il əvvəl saxta sənədlərlə ABŞ-a gəlib. O bəyan edib ki, erməni-azərbaycanlı ailəsində doğulub və onun valideynlərini Azərbaycanda öldürüblər.

İstintaq müəyyən edib ki, Simonyan Ermənistanda doğulub, onun valideynləri ermənidir və sağdır.

Bu saxta məlumata görəo, ABŞ vətəndaşlığından çıxarılacaq. Bundan başqa, qanunsuz dərman satdığı sübuta yetirilsə, 20 il, digər ittihamlara görə isə 60 il müddətinə azadlıqdan məhrum ediləcək.