adalet.az header logo
  • Bakı 19°C
09 Avqust 2018 17:00
29308
HÜQUQ
A- A+

Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarıldı

Bloqqer Mehman Hüseynov cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

Ona anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etmək üçün verilən icazənin müddəti başa çatıb.

M.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisəsinə aparılıb.

Xatırladaq ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-də vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi vəmüvəqqəti azadlığa buraxılmışdı.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O,Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. QərarNəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevinxüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub. (Report)