adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Avqust 2018 16:16
10083
DÜNYA
A- A+

Çimərlik mövsümü başlayandan Rusiyada 1000-dən çox adam batıb

Rusiyada çimərlik mövsümü başlayandan 1000-dən artıq adam suda boğulub.

Trend-in məlumatına görə, bu rəqəmi Rusiya Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi açıqlayıb.

Məlumata görə, batanlardan 183-ü azyaşlı olub.

Qeyd olunur ki, batma hadisələrinin əksəriyyəti çimərlik üçün nəzərdə tutulmamış qanunsuz ərazilərdə qeydə alınıb

Xidmət bu statistik rəqəmi və durumu təhlükəli hesab edərək tədbirlərin gücləndirilməsini vacib sayır.