Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | FHN-də Bakının Baş Planı ilə bağlı müzakirələr aparılıb Adalet.az | FHN-də Bakının Baş Planı ilə bağlı müzakirələr aparılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

FHN-də Bakının Baş Planı ilə bağlı müzakirələr aparılıb

5297    |   2018-08-09 16:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fövqəladə Hallar Nazirliyində (FHN) Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilib.

FHN-dən Adalet.az-a verilən məlumata görə, görüşdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri və Nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxləri iştirak ediblər.

Görüşdə Bakı şəhərinin Baş Planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində hərtərəfli işin aparıldığı bildirilib, bu sənədin hazırlanması və reallaşdırılmasında müvafiq dövlət qurumları, eyni zamanda FHN ilə koordinasiyalı fəaliyyətin vacibliyi diqqətə çatdırılıb. Müzakirələrdə, həmçinin tikintidə təhlükəsizlik normalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının, ümumiyyətlə əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əhəmiyyətindən söz açılıb.

Görüşdə sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın perspektivləri müzakirə edilib.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK