adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Avqust 2018 16:12
15021
İQTİSADİYYAT
A- A+

Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşüb

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bu müddət ərzində ərzaq məhsullarının qiyməti 2,8 faiz, qeyri-ərzaq məhsulları 3,4 faiz, ödənişli xidmətlərin qiyməti 2,3 faiz artıb.

Bir ay ərzində isə ərzaq məhsulları 1,5 faiz azalıb, qeyri-ərzaq məhsulları və ödənişli xidmətlərin qiyməti 0,1 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda inflyasiya bu ilin yanvar-iyun aylarında 3 faiz olub, 2017-ci ildə isə 12,9 faiz təşkil etmişdi.