adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Avqust 2018 14:52
11627
SİYASƏT
A- A+

İndoneziyadakı zəlzələdə azərbaycanlıların ölüb-ölməməsi araşdırılır

"İndoneziyanın Lombok adasında 9 avqust tarixində təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı Səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır”.

Bu haqda Adalet.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Himmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, 6 avqust tarixində həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmamışdı.

İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.

Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşları+62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti iləölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.