Adalet.az | “Bu qanun telefon bazarının bahalaşmasına səbəb olacaq” - Ölkə başçısına müraciət hazırlandı Adalet.az | “Bu qanun telefon bazarının bahalaşmasına səbəb olacaq” - Ölkə başçısına müraciət hazırlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Bu qanun telefon bazarının bahalaşmasına səbəb olacaq” - Ölkə başçısına müraciət hazırlandı

3087    |   2018-08-09 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəyə gətirilən mobil telefonların qeydiyyat qiymətinin qaldırılması cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. İnsanlar bir neçə müddətdir ki, bu məsələni müzakirə edirlər.

Moderator.az-a açıqlamasında "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, qəbul edilən qərar yalnışdır və onlar məsələylə bağlı ölkə başçısına müraciət hazırlayırlar:

"Mobil telefonların qeydiyyat qiymətinin artırılması qeyri-qanuni bir şeydir. Bunlar bu qanunla izah etməyə çalışırlar ki, bəzi şəxslərin xaricdən kommersiya məqsədi ilə gətirdikləri mobil telefonların qarşısını alacaq. Bir neçə adama görə, yüz minlərlə insanın telefon almasının qarşısını almaq olmaz, axı. Məsələn, vətəndaş xaricə gedir və yaxşı bir telefon görür və baxır ki, qiyməti bizim bazardakından da ucuzdur o, da telefonu alıb gətirir. Bu haqqı onun əlindən heç kim ala bilməz, axı. Amma indi kimsə bir neçə mobil telefon alıb kommeriya ilə məşğul olursa, bununla ölkənin aidiyyatı qurumları məşğul olmalıdır. Bu məsələyə yanaşmanın özü düz deyil. Bu qanun telefon bazarının bahalaşmasına səbəb olacaq. İkincisi, bu Azərbaycanın maraqlarına uyğun olmayan tendensiyaya səbəb olacaq, yəni dünyanın inkişaf etmiş bir dövründə insanın əlində elə bir yüksək telefon olmalıdır ki, o, öz karyerasını qura bilsin, inkişaf etsin. Bu qanundan sonra bizim ölkə vətəndaşında adi mobil telefon, qonşu ölkə vətəndaşında isə daha güclü mobil telefon olacaq. Bu qərar dolayısı ilə texnologiyaların, yeniliklərin qarşısının alınmasına yönəlib. Mən hesab edirəm ki, bu doğru bir şey deyil və bununla bağlı ölkə rəhbərliyinə müraciət hazırlamışıq”.




İmza:

Azərbaycanda cinayətlərin ən çox hansı sahədə törədildiyi açıqlandı

Müdafiə naziri hərbi liseyə baş çəkdi - FOTOLAR

“Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq

Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib

Nazirlər Kabinetinin "Twitter" səhifəsi açıldı

Qurban bayramı münasibətilə avqust üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılıb

UNEC Maliyyə Analitikləri İnstitutunun proqramına qəbul olunub

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib - SİYAHI

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - SİYAHI

Nazir əlillərlə görüşdü

GÜNÜN LƏTİFƏSİ

Bakı-Tbilisi uçuşları bərpa edilir

SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK