adalet.az header logo
  • Bakı 21°C
09 Avqust 2018 13:22
9387
DÜNYA
A- A+

İndoneziyadakı zəlzələdə ölənlərin sayı 347-ə çatdı

İndoneziyanın Lombok adası rayonunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 347-ə çatıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın ANTARA xəbər agentliyi ölkə rəsmilərinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, 156 mindən çox insan zəlzələ bölgəsindən təxliyə olunub.

Xatırladaq ki, avqustun 5-də yerli vaxtla saat 11:45-də İndoneziyanın Lombok adası rayonunda 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri adanın şimal hissəsində yer səthindən 10,5 kilometr dərinlikdə yerləşib.