adalet.az header logo
  • Bakı 17°C

GƏNC ŞAİRLƏR, SÖZÜM SİZƏDİR...

8604 | 2018-08-08 22:12
Payızın işi-gücü yaşıllığa əl qatmaqdır, silib-süpürüb torpağa qatmaqdır. Bu təbii "davranış"dır fəsil üçün: hər şey canlılar başda olmaqla dəyişməlidir, yeniləşməlidir, elə uşaqların özü də başqa davranışda dəyişir, böyüyür, yetkinləşir və ahıllaşır.
Bu dəfə şairin poetik yozumunda - "Həkim payız" şeirində öz işini sahmanlayıb. Hələlik yaxşı görünür.


Sanki sehrli bir əl
Ağacları bəzəyir.
Sarı-sarı yarpaqlar
Qızıl dişə bənzəyir.

Payızda əsən külək
Yaxşı bilir işini.
Sanki həkimdir çəkir
Ağacların dişini.

Meşə küsüb payızdan
Ürəyin qırıq qalıb.
Sarı yarpaqlar düşən
Budaqlar mırıq qalıb...

Şeiri təsadüfən bütövlüyü ilə yazıya almadım: bunlar bir predmetin kontekstində obrazlı təfəkkürün təcrübədən əvvəlki yanaşması yoxdur, xalis məntiqsizlik - alogizm də yoxdur. Şairin yaxşı mənada sehrbazlığıdır. Bir ağacı başdan-ayağa təsəvvürümüzə gətiririk və onun yarpağını dişə bənzədirik. Bu dəfə o ağacın sarı yarpaqları qızıl diş kimi görünür, dəli külək - naşı həkim bir-bir çıxarır, nə görünür? Kədərli bir görüntü, o gözəl yaşıl yarpaqlı ağacların budaqları mırıq qalır. Bu, meşənin faciəsidirmi, fiziki görünüşdən bəlli. Amma təhtəlşüur baxımından yox.
Rafiq Yusifoğlunun qış və qar obrazları da fəslin mahiyyətindən doğur: ilk qar, yollar -rizlər tutulur, qartopu oyunu və s. əyləncələrə rəvac verən bir dönüm. Uşaqlar da razıdır, elə bunları qışdan umurlar.

Hər yan bəmbəyaz- dümağ,
Qışdan artıq nə umaq?
O bizdən şaxtasını
Qarını əsirgəmir.
Səxavətlə xərcləyir
Varını əsirgəmir.

Uşaqlar təbiətdə predmetlərin "danışmasını" daha çox xoşlayırlar. Əlbəttə, onların söyləmək gücü yoxdur, amma çox istərdilər meşə, orman dəniz, çay, şəlalə və i.a. gözəllik nümunələrini dinləsinlər, onlar öz sirlərini açsınlar. Bu mövhumi missiyanı şairlər öhdələrinə götürür bir şərtlər, onlarda fikri assosasiya doğursun, müqayisələr bir-birini tamamlasın. bir şeirinə diqqət yetirək şairin:

Bəyaz kövrək qar idim,
Üstümdə çox gəzdilər.
Qolumu, qabırğamı
Sındırdılar, əzdilər.

İməkləyir üstümdə
Avtobuslar, maşınlar.
Buza döndüm ki qorxub
Məni tapdamasınlar.

Belə ruhlu şeirlər yaşlı nəslin marağına səbəb olur. R.Yusifoğlu xeyli ölkələrdə olmuş, gəzib dolaşmış, qərib bir məkanın coğrafiyasını dadmış, uşaqlarının həyatını müşahidə etmiş, bu həyatı poeziyaya gətirmişdi.
"Gəzdim düzü dünyanı, urdumdan gözəl hanı? Silsiləsində oxucularına çatdırmışdır. Bu şeirlərin kökündə vətənpərvərlik hisslərini aşılanması dayanır. Şairin təsvirlərində Sakit okean obrazlaşır, adı Sakit olsa da, şair üçün sakitlik yaratmır, ilhamını oyadır.
Adın Sakit olsa da,
Sakitli sənə yaddır.
Daim kükrəyib daşmaq
Sənin üçün həyatdır.

Yepyekə gəmilərə
Açıq olur qucağın
O qədər nəhəngsən ki,
Yoxdur ucun-bucağın. -

bu şairin lirik təəssüüratıdır. Nəhəngliyi şairlər daha çox sevirlər - bir də uşaq təəssüratı var axı. Bəs onların tələbi nədir?

Bu qabarma nədəndir?
Nə tufan var, nə külək.
Sakit okean, dinc dur,
Qoy biraz rahat çimək.

Rafiq Yusifoğlunun uşaq dünyası onun poeziya aləminin sadəcə bir planetidir ki, orada həyat var, yaşayış axarındadır.
Bir də uşaqlar öz uşaqlıqlarını yaşayırlar. Elə şair bu gün, bu yaşında yaşaya bilmirsə, o şairdən, o şəxsdən mən heç nə ummuram - poeziya üçün. Unutmayaq ki, klassiklərimizdən - ikinci mərhələni nəzərdə tututram N.Xəzri, B.Vahabzadə, N.Həsənzadə, M.Araz, T.Mahmud, H.Ziya, M.Seyidzadə, M.Günər, T.Elçin və b. Üçüncü mərhələdə Zahiq Xəlil, Rafiq Yusifoğlu, A.Əlizadə, M.Sabir,Ə.Əlioğlu uşaq poeziyamızda bir çox işlərin müəllifidirlər.
Bunlar və adlarını unutduqlarım ciddi şeirlər yazmışlar. Onlardan dünyalarını dəyişənləri xatirlatmaq borcumuzdur və fikrimə qayıdıram. Hind şairi R.Taqorun fikrini xatırladıram: " Yenicə yazmağa başlayan sənətkar öz imkanları xariciə çıxmasın" - həqiqəti ilə ifadə olunmuşdur.
Çox təəssüf ki, uşaq psixologiyasını unutmuş şairlər hələ də yazırlar.
Mən istedadlı şair, alim (bu ayrı mövzudur), R.Yusifoğlunun uşaq dünyasına baş vurdum. Bir səhər ovqatında (9 radələrində) bir şehli havada, desəm ki, uşaqlığım yadıma düşdü, yanılmaram. Biz nəsil Sabiri, Səhhəti, Şaiqi oxumuğuq, qidalanmışıq, "Uşaq və buz"la məktəbə getmiçşik, "Yaz səhəri" ilə oyanıb gen-bol hava udmuğuq, qoyun sürüsünü çaş-baş salan keçini intizama çağırmışıq... Bugünün uşaqları Z.Xəlili, R.Yusifoğlunu, T.Mahmudu oxumağa borcludurlar.







KÜRDƏMİR: İNKİŞAFIN VƏ
MÜASİRLƏŞMƏNİN YENİ DÖVRÜ

2018-ci ilin birinci yarısı arxada qaldı. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda bütün istiqamətlər üzrə inkişaf davam etmiş, uğurlu nəticələr qazanılmışdır. Sosial-iqtisadi və mədəni sahələrdə Azərbaycanın əldə etdiyi bu uğurlar ölkə əhalisinin gələcəyə inamını daha da möhkəmləndirir. İlin birinci yarısının yekunlarına diqqət yetirdikdə bütövlükdə 2018-ci ilin daha yaxşı nəticələrlə başa çatacağı və gələcək illər üçün mühüm stimul yaranacağı aydınca hiss olunur.
Xüsusilə qeyri-neft sektorunun məqsədəuyğun formalaşması daha böyük nailiyyətlərdən xəbər verir. Kənd təsərrüfatının regionlara xarakterik olaraq tənzimlənib inkişaf etdirilməsi kəndlərimizin həyatını bütün istiqamətlər üzrə canlandırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı yeni uğurlara yol açır, kəndlərimizin sanki yeni bir tarixi yazılır. Mərkəzi aran rayonu olan Kürdəmirdə də belədir. Bütün bunlar barədə rayonda keçirilən yığıncaqda da geniş söhbət açılıb. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsində qeyd olunduğu kimi cənab Prezidentin yüksək qayğı və diqqəti sayəsində rayon iqtisadiyyatının bütün istiqamətləri üzrə uğurlu nəticələr qazanılır.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov:
- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu ilin 6 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir. Cənab Prezidentimiz iclasda 6 ayda qarşıda duran bütün vəzidələrin uğurla icra olunduğunu, Azərbaycanın öz dinamik inkişaf tempini saxladığını, Azərbaycanda həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə edildiyini qeyd etdi. Cənab Prezidentimiz müşavirədə qeyd edib ki, aprel ayında keçirilmiş Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir.Seçkilərdə qazanılan inamlı qələbə onu göstərir ki, 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verir ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.Aparılmış uğurlu islahatların nəticəsində 2018-ci ilin 6 ayında ümumdaxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2,0 faiz, qeyri-neft sənayesi 8,8 faiz, sənaye istehsalı 1,0 faiz, kənd təsərrüfatı 7,6 faiz, bitkiçilik 14,0 faizdən çox artmışdır. 67 min yeni iş yeri açılmışdır ki, onlardan 58 mini daimi iş yerləridir.Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuş, inflyasiya 3 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 9,3 faiz artmışdırş...
Sonra Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 6,6 faiz artaraq 174043,3 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 66,5 faizi istehsal sahələrində, o cümlədən 18,9 faizi sənayedə, 43,4 faizi kənd təsərrüfatında, 4,2 faizi tikintidə olduğu halda 33,5 faizi xidmət sahələrində, o cümlədən 1,3 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 32 faizi ticarətdə olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin birinci yarımilliyində 499 nəfər işlə təmin olunmuşdur ki, bundan 474 nəfəri daimi işlə təmin olunanlardır.Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2018-ci ilin 6 ayında Kürdəmir rayonunun 4 sahibkarına 42 min manat məbləğində kredit verilmiş və nəticədə 5 yeni iş yeri yaradılmışdır.Cənab Prezidentimizin tapşırığına əsasən, rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 6 ayında 325 nəfər müvəqqəti işlə təmin olunmuşlar. Cənab Prezidentin müşavirədə diqqət yetirdiyi sahələrdən biri olan özünüməşğulluq proqramı ilə əlaqədar əhalinin özünüməşğulluq proqramına cəlb olunması məqsədi ilə təlim kurslarına başlanılmışdır. Təlim kurslarında öz biznes ideyaları əsasında biznes plan hazırlayıb uğurla müdafiə edən təlim iştirakçılarından 34 nəfəri kənd təsərrüfatı və 3 nəfəri xidmət sahələri üzrə biznes planlarını müdafiə edərək məğbul qiymət almışlar. Yaxın zamanlarda onlar biznes fəaliyyətinə başlamaq üçün aktivlərlə təmin olunacaqlar. Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda aqrar sektorun inkişafına diqqət artırılmışdır. Bu il 14000 hektarda yazlıq bitkilər əkilmiş, sahələrin becərilməsinə 20 mindən çox işçi cəlb olunmuşdur. Ötən ildəki illə müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artırılmışdır.Həmçinin hesabat dövründə 1600 hektarda yonca, 910 hektarda kartof, 1700 hektarda tərəvəz, 3200 hektarda bostan, 130 hektarda günəbaxan, 30 hektarda yerfındığı, 133 hektarda soya becərilmişdir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərdən bu il daha çox məhsul götürüləcəkdir.
Ölkə rəhbərinin tapşırığına əsasən rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülmüş, pambığın ixracyönümlü məhsul olduğunu, pambıqçılığın əhalinin işlə təmin olunmasında əsas sahələrdən olması nəzərə alınaraq pambıq əkin sahələri genişləndirilmiş, bu il 5030 hektar sahədə, yəni ötən ildəkindən 1000 hektardan çox sahədə pambıq əkilmiş, sahələrdə əsasən normal bitki alınmış, hazırda 3-cü kompleks becərmə işləri aparılır.

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV