Adalet.az | YAXŞI Kİ, SƏN VARSAN, AY MUSA YAQUB Adalet.az | YAXŞI Kİ, SƏN VARSAN, AY MUSA YAQUB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YAXŞI Kİ, SƏN VARSAN, AY MUSA YAQUB

2160    |   2018-08-08 22:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Böyük şairimiz Musa Yaqubla düz on bir il əvvəl, Buynuz kəndindən Bakıya gələndə çox geniş bir müsahibə apardım, yetmiş illik ömür yoluna-sənət yoluna dair xeyli suallar verdim. O müsahibənn müəyyən hissəsini M.Yaqub haqqında yazdığım "yaxşı ki, sən varsan.." kitabına daxil etdim. Amma kitab çox az nəşr olunduğundan oxucuların əksəriyyətinin bundan xəbəri olmadı. Odur ki, həmin müsahibəni ixtisarla "Ədalət"in oxucuülavrına təqdim edirəm. Güman edirəm ki, bu müsahibə Musa Yaqubu sizlərə daha yaxşı tanıdacaq.
BİRİNCİ MÜSAHİBƏ

(Uşaqlıq, gənclik, poeziyada ilk addımlar)

V.Yusifli: Musa müəllim, başlayaq sizin dünyaya göz açdığınız kənddən. Bir də atanızdan, ananızdan. Azərbayjan Sovet Ensiklopediyasında sizin doğulduğunuz Buynuz kəndinin adı yoxdur. Azərbayjan oxucuları həm də Musa Yaqubu dünyaya bəxş edən Ata və Ana haqqında, onların kimliyi barədə bilgilənmək istəyirlər.
M.Yaqub: 1937-ci ildə, İsmayıllının Buynuz kəndində, Babadağının ağuşuna sığınmış, Qafqazın ən gözəl, mənzərəli bir guşəsində anadan olmuşam. Bu kəndin təkrarsız gözəlliyi, təbiəti barədə şeirlərimdə dönə-dönə söz açmışam.

Hay desəm, qayalar gələr haraya,
Atar öz çiynindən dumanı, çəni.
Dağlar beşik kimi alar araya.
Uyudar kəndimi,
Uyudar məni.
Bir parça torpağa verib könül, can,
Yaşar bu dünyada bir ad, bir ünvan.
Armudlu bir həyət,
Sadəcə bir ev,
Qaranquş yuvalı,
Sərin havalı;
Bir də Canalıya baxan o eyvan...
...Atam son sözündə demişdi mənə:
Dünyanı bu yerdən baxanda sevim.
Yer var,
Himalaydan görünməz mənə,
Ən dərin dərədən görünər evim.

O vaxtlar bu kəndin qədrini bilmədim. Sonralar , dünyaya boylanandan sonra duydum ki, bu kənd doğrudan da öz dağları, meşələri, bulaqları, yolları, Babadağa baxan gözüynən çox böyük kənd imiş. Əlbəttə, ərazicə çox kiçikdir, amma təbiətin ona bəxş elədiyi nemətləriynən dövlətli bir kənddir.
Atam da, anam da kəndçi, kolxozçu olublar. Babamın adı Məmmədalı, atamın adı Səfiməmməd, anamın adı Rəbiyədir. Sadə insanlar idi.
Bizim nəsil qollu-budaqlı, şaxəli nəsil olub.Bizə Haqverdilər deyirdilər. Haqverdilər Zanqı (Zəngi) adlı dağdan enib gəliblər bizim kəndə. Buynuz onlar üçün aran yeri olub. Gəliblər, gediblər, yenə qayıdıblar və axırda bu kəndi məskən seçiblər. Yaqubovlar da bu nəslin qollarından biridir.
Atam tündməcaz bir kişi idi. Xatirələrimdə də elə beləcə qalıb. Müharibə qurtarandan bir il sonra-46-cı ildə vəfat elədi. Xatırlayıram ki, məni birinci dəfə arabaynan Ucara apardı- yığdığımız taxılı təhvil verməyə...Orada dedilər ki, təzədən təmizləyin, iki gün də orada qaldıq. Həmişə qayğılı görünərdi. Kolxozda anbardar işləyirdi, iri bir açar gəzdirirdi özündə. Bir dəfə o asar başıma dəydi, indi yeri də qalıb. Mən atamla bağlı duyğu və düşüncələrimi "Atamın xatirəsinə" şeirində ifadə etmişəm, şeirdə yazmışam ki, kəndə birinci qar yağır, mən anamın öz-özüylə gileyləndiyini eşidirəm: "Sənsiz necə böyüdərəm körpələri?!". Anam məni görüb susur.

Qar yağırdı atamın da məzarına,
birinci qar.
Ya atamın
Buz bağlamış barmaqları,
Ya qar basmış
Çılpaq gilas budaqları
Nə fərqi var?!

Atamdan sonra evin bütün ağırlığı anam Rəbiyənin üzərinə düşdü. Evin həm kişisi, həm də qadını oldu. O, biçinə gedəndə məni də özüynən aparırdı.
Yay mövsümündə biçin vaxtı oruc da tuturdu. "Zülmün nağılı" poemasında anamın obrazını yaratmağa çalışmışam.
V.Yusifli: Məktəb illərinizi nejə xatırlayırsınız?
M.Yaqub: Kənddə ibtidai məktəbi üç ilə qurtarmışam. İki il fasilə vermişəm, kolxozda kotana getmişəm, cilovda oturmuşam. Kənddə Buzəvənd adlı bir yurdumuz vardı, bəzən 13-14 gün qalırdım orda. Gecə ikən öküzləri mənə verirdilər ki, otarım. Çünki mənə etibar edirdilər. Ən böyük arzum kotanda dəstəkçi olmaqdı. Dəstəkçilər nabata getmirdilər. Ürəyimdə elə hey "nə vaxt böyüyəcəyəm" arzusu dolanırdı, çünki uşağa dəstək tapşırmazdılar. Sonralar mən kotançı ömrümü "İndi desəm nağıldır" adlı poemada təsvi etmişəm.

Şumda var izi,
Gəzər hər düzü.
Yox kotançının
Gecə-gündüzü.
Güc verir Xumar,
Çubuqlar oynar.
Qəhvədanımız
Alovda qaynar.

Kotanda hünər,
Şumda toxum zər.
Ölən dirilməz,
Əkilən bitər.

Doğrudan da gün-güzəran, yaşayış zülüm idi. Amma inanın ki, bizi yaşadan bir qüvvə vardı- o da inam idi, ümid idi. May bayramlarını xatırlayırsanmı? O iki gündə keçirdiyimiz sevinc hissini təsəvvürə gətirmək mümkün deyil. Ondan gözəl sevinc olmazdı ki, yaşayırdıq.
İbtidai təhsildən sonra Buynuzdan Topçu kəndinə gedib-gəlmişəm, təhsilin ardını o kənddə davam etdirmişəm. O kəndə 3 kilometr yol idi, biz səkkiz nəfər idik. Onların arasında həm yaşca, həm də boyca ən balacası mən idim. Topçuya çatmaq üçün biz bir çayı keçməli idik. Bir dəfə bizimlə gələn atlılardan biri dedi: ay uşaqlar, deyin görək, sizin içərinizdə yaxşı oxuyan, əla qiymət alan kimdi? Uşaqlar məni göstərdilər və həmin atlı məni öz tərkinə alıb çayı keçdi. Bizim aramızda möhkəm dastluq, səmimiyyət vardı. Topçuda yeddiillik məktəbi bitirdim. İmtahan verib Göyçay pedoqoci məktəbinə daxil oldum. 1957-ci ildə o məktəbi başa vurdum, bir il Tircan orta məktəbində ibtidai sinif müəllimi işlədim.
V.Yusifli: Musa müəllim, bəs gələcəyin gözəl şairi Musa Yaqubun ürəyində şeir odu nə vaxt şölələndi? Nə vaxt hiss etdiniz ki, şeir adlı bir gözəlin əsirinə çevrilmisiniz?
M.Yaqub: O gözəlin əsirinə çevrilməmişdən çox-çox öncə atamın, anamın dilindən eşitdiyim bayatıların, holavarların, əkinçi nəğmələrinin əsiri olmuşam.Mən atamla birgə toylara gedərdim və o toylarda aşıqların dilindən eşitdiyim dastanları illər boyu yaddaşımda yaşatmışam. Atam da çoxlu dastan bilirdi və ovqatının xoş çağında bir də gördün açdı dastan ürəyini. Huş-guşla qulaq asırdım.
Mənim şeir yazmağımın qəribə bir tarixçəsi var: məndən bir sinif yuxarıda oxuyan Sabir adlı bir oğlan Stalinə şeir yazmışdı. Sabir o şeiri məktəbdə, Stalinin ad günündə oxudu və bütün müəllimlər o gün Sabiri təbrik elədilər. Evə qayıdanda fikirləşdim ki, görəsən, mən də belə bir şeir yaza bilərəmmi? Başladım Koroğluya, Babəkə, Qaçaq Nəbiyə , daha kimə şeirlər yazmağa.Yəni bu cızmaqaraları onda şeir adlandırırdım. Bir müddət unutdum bu məşğələni. Bir də bu həvəs Göyçay pedoqoji məktəbinin üçüncü kursunda oxuyanda baş qaldırdı. Vətən, ana, sülh və s. dəbdə olan mövzularda şeirlər yazdım, onları tədbirldərdə oxumağa başladım. Və beləliklə, sən dediyin o gözəlin əsirinə çevrildim.
V.Yusifli: Bəs ədəbi aləmə necə gəldiniz? İlk şeiriniz nə vaxt işıq üzü gördü?
M.Yaqub: Mənim ilk mətbu əsərim şeir yox, poema olub. Göyçayda oxuyanda "İki qəlb, iki dünya, bir qılınc" adlı poema yazdım, Tircanda müəllim işləyəndə o poemanı həcmcə genişləndirdim, üzərində dönə-dönə işlədim və günlərin bir günü həmin poemanı Yazıçılar İttifaqına-Məmməd Rahimin ünvanına göndərdim. Niyə məhz Məmməd Rahimin? 57-ci ildə Məmməd Rahimin əlli yaşı tamam olmuşdu, bu münasibətlə qəzetlər tez-tez ondan yazırdılar, radioda onun səsini eşidirdim. Məqsədim o deyildi ki, Məmməd Rahim bu poemanı hardasa çap elətdirsin, istəyirdim biləm ki, bundan sonra şeir yazmağıma dəyər yoxsa yox. Bir gün mənə Yazıçılar İttifaqından bir məktub gəldi. Üstündə Məmməd Rahimin adını gördüm. Məmməd Rahim poemanın bir çox səhifələrində qeydlər aparmışdı, redaktə eləmişdi ayrı-ayrı misraları, bəzi yerləri hətta pozmuşdu da.
Zərfin içində kiçik bir məktub da vardı və Məmməd Rahim o məktubda yazırdı ki, hörmətli Musa Yaqubov, sənin poemanı çap etmək olardı, istəyirdim onu "Azərbaycan gəncləri" qəzetinə verim, amma tələsmə, poemanı sənə göndərirəm ki, bir daha üzərində işləyəsən. Bu məktub məni dəli elədi, sevinirdim ki, Məmməd Rahim kimi bir şair gör mənə nələr yazır, deməli, məndə nəsə bir şairlik qabiliyyəti duyub ki, belə bir şey yazıb.

(ardı gələn sayımızda)



YAZARIN ARXİVİ

2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK