Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | “Bakcell”in 4G şəbəkəsi: rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi Adalet.az | “Bakcell”in 4G şəbəkəsi: rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Bakcell”in 4G şəbəkəsi: rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi

8466    |   2018-08-08 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyalardan istifadə edir.

4G nədir?

Sadə dildə desək, 4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumat-ötürmə şəbəkəsidir. Siz yəqin ki, 3G texnologiyasını dəstəkləyən mobil telefonlar vasitəsilə mobil internetdən bir neçə müddətdir istifadə edirsiniz. Lakin 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. İnternetdə saytları açmaqdan tutmuş, filmlərin yüklənməsi, telefonda istifadə olunan proqramların yenilənməsi və hətta canlı video efirlərin təşkilinə qədər hər bir əməliyyat 4G şəbəkəsi ilə əvvəlkindən inanılmaz dərəcə sürətlidir.

"Bakcell”n 4G şəbəkəsinin əsas üstünlükləri nədir?

Daha sürətli və keyfiyyətli mobil internet müasir müştəri təcrübəsinin əsas tələbləridir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə Kateqoriya 6 "LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər

4G şəbəkəsinə keçid çox asandır, əhatə dairəsi isə gündən günə artır

"Bakcell”in 4G şəbəkəsindən istifadə edib hədsiz imkanlardan yararlanmaq üçün sadəcə olaraq smartfonunuzun menyusundan 4G/LTE şəbəkəsini seçmək kifayətdir. Bunun üçün cihazınız və SİM-kartınız həmin şəbəkəni dəstəkləməlidir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi və Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir. Həmçinin qeyd edək ki, Bakcell Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).



İmza:

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Azercell ilə rominqdə onlayn ol

Bakcell abunəçi sorğularını 100% cavablandırıb

DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi - FOTOLAR

Azərbaycan şirkəti mobil bomba sığınacağı hazırlayıb - FOTO

DSX yeni kamikadze PUA-nı təqdim etdi - SKY STRİKER

Yeni iPhone telefonlarının satışları gözləntiləri doğrultmayıb

Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirib

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

Bakcell jurnalistlər üçün seminar keçirdi

“DaimOnline” kampaniyası daha iki universitetdə

SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK